"Səudiyyə Ərəbistanının neft hasilatını bərpa etməsi aylar çəkə bilər"
Səudiyyə Ərəbistanının neft şirkəti "Suudi Aramco"nun neft hasilatının 50 faiz azalmasına səbəb olan hücumun ardından kompleksdə tam gücü ilə istehsalın aylar tələb edəcəyi bildirilir.
"Suudi Aramco"nun nəhəng Abqaib kompleksini bərpa etməsi həftələr, hətta aylar çəkə bilər. Bu hadisə, geosiyasi nəticələri ilə neft qiymətləri üzərində təzyiq yaradır.
"Marja" xəbər verir ki, Brent neftinin qiyməti Bazar ertəsi günü 71,95 dollar gördü. ABŞ Prezidenti Donald Tramp, hücuma görə İranın məsul olduğuna işarə edərək, "demək olar ki, tamamilə bilirik" deyib. Səudiyyə Ərəbistanı isə hücumda İran silahlarının istifadə edildiyini təsbit etdiklərini açıqlayıb.
Neft qiymətləri, regionda daha çox qarşıdurma gözləntisilə yüksəlib.
Hazırda əsas sual, Krallığın, yarı yarıya düşən istehsalını necə kompensasiya edəcəyi barədədir.
Səudiyyə Ərəbistanlı rəsmilər yüksək səviyyəli xarici diplomatlara çox ciddi bir təxribatla qarşı-qarşıya olduqlarını və təmirin həftələr, hətta aylar çəkəcəyini bildiriblər.
Səudiyyə Ərəbistanının Xarici işlər naziri Bazar ertəsi günü hücuma dair, ölkənin neft hasilatının 50%-nin kəsildiyini söyləmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
























