Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanılıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir neçə yeni növ yükü daşımağa başlayıb.
MMC-dən bildirilib ki, buna Bakı-Tbilisi-Qars dəmir yolunun yaratdığı yeni cəlbedici imkanların hesabına nail olunub. Belə ki, aparılan danışıqlar nəticəsində, bu dəfə sınaq məqsədilə Türkiyədən Türkmənistana qarışıq yüklər daşınıb. On iki yük avtomobili ilə Türkiyənin Qars stansiyasına çatdırılan yüklər, burada “ADY Express”ə məxsus və təqdim etdiyi 4 ədəd yarımvaqona aşırılaraq, yola salınıb. Gürcüstanın Axalkalaki stansiyasında təkər cütləri dəyişdirildikdən sonra, vaqonlar Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılıb, buradan isə Türkmənbaşı limanına bərə vasitəsi ilə nəql edilib. 220 tonadək yük Türkiyədən Türkmənistana qısa müddət ərzində - 5 günə çatdırılıb. Bu isə ənənəvi avtomobil yolu ilə daşımadan fərqli olaraq, tranzit vaxtının azı 2 dəfə azalması deməkdir. Bunu avtomobil yollarında və sərhədlərdəki sıxlıq ilə yanaşı, dəmir yolunun sürət və çevikliyi ilə əlaqələndirmək olar.
İmzalanmış müqaviləyə əsasən, “ADY Express” 50 min ton bu növ yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəqlini həyata keçirəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















