Neft ixracından 711 milyard dollar gəlir əldə ediblər
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin neft ixracından əldə etdiyi gəlir 2018-ci ildə 2017-ci illə müqayisədə 32% artaraq 711 milyard dollara yüksəlib.
"Marja"nın müxbirinin ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) statistikasından topladığı məlumatlara görə, sözügedən gəlirin artımasına xam neft qiymətlərinin yüksəlməsi təsir göstərib.
Dünya üzrə ən geniş istifadə edilən Brent növü neftin orta hesabla barrel qiyməti 2017-ci ildə 54 dolarkən, 2018-ci ildə bu rəqəm 31 faiz artımla 71 dollara yüksəlib. Bu dövrdə ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftinin orta hesabla barrel qiyməti isə 51 dollardan 65 dollara çıxaraq 27 faiz artım qeyd edib.
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olan 14 ölkənin ötən il neft ixracından əldə etdiyi ümumi gəlir bir əvvəlki illə müqayisədə 32 faiz artaraq 711 milyard dollara yüksəlib. Həmin məbləğ, 2017-ci ildə 538 milyard dollar olmuşdu.
Kartel üzvləri daxilində 2017-ci ildə ən çox neft ixrac gəliri tutan yeddinci ölkə olan Qətər, bu ilin əvvəlində OPEC-dən çıxdığı üçün 2018-ci il neft ixrac gəliri məlumatlarına daxil edilməyib. ABŞ sanksiyaları səbəbindən neft hasilatı və ixracatı iflasa uğrayan Venesuela isə OPEC üzvləri arasında ildən ilə neft ixrac gəlirində azalma görülən yeganə ölkədir.
OPEC-in neft ixracından əldə edəcəyi cəmi gəlirin bu il 604 milyard dollar olacağı təxmin edilir, bu miqdarın gələn il 580 milyard dollara düşəcəyi proqnozlaşdırılır.
SƏUDİYYƏ ƏRƏBİSTANI 1-Cİ YERDƏDİR
OPEC-in ən böyük istehsalçısı və dünyanın ən çox xam neft ixrac edən ölkəsi Səudiyyə Ərəbistanı, ötən il OPEC daxilində neft ixracından ən çox qazanan ölkə olub.
Səudiyyə Ərəbistanının 2017-də 172 milyard dollar olan neft ixrac gəliri, keçən il 38% artım göstərərək 237 milyard dollara çatıb.
Bundan başqa, ötən il Səudiyyə Ərəbistanın neft ixracından əldə etdiyi gəlirin OPEC-in ümumi ixrac gəlirlərinin içindəki payı 33% təşkil edib.
İRAQ İKİNCİ, BƏƏ ÜÇÜNCÜ YEDƏDİR
OPEC ölkələri arasında keçən il neft ixracından ən çox gəliri əldə edən ikinci ölkə isə İraq olub.
İraqın neft ixrac gəliri 2017-ci ildə 66 milyard dollar ikən, 2018-ci ildə bu rəqəm 38 faiz artaraq 91 milyard dollara yüksəlib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə bu sahədə OPEC daxilində üçüncü yerdədir. BƏƏ-nin neft ixrac gəliri 2017-də 56 milyard dollar ikən, 2018-də 32 faiz artımla 74 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























