Media nəhənginə ABŞ-lı ortaq
Dünyanın ən böyük rəqəmsal media şirkətlərindən biri, eyni zamanda Almaniyanın "Bild" və "Die Welt" qəzetlərinin də sahibi olan "Axel Springer" şirkətinin 42%-i ABŞ-lılara satılıb. Satış rəqəmi olaraq təxminən 3 milyard dollar ödənəcək.
"Marja" xəbər verir ki, ABŞ-ın investisiya fondu "Kohlberg Kravis Roberts"in (KKR) Almaniyanın media şirkəti "Axel Springer AG" səhmlərinin 42,5%-ni satın aldığı açıqlanıb.
"Axel Springer"in 42%-nə sahib olan yaradıcısı Axel Springerin xanımı Friede Springer və İcraçı direktor Mahtias Döpfner idarə heyətində çoxluğu əllərində saxlamağa davam edəcəklər.
İki tərəf keçən iyun ayında satış üçün prinsipdə razılaşmışdı.
"Axel Springer"dən verilən açıqlamada, 21 Avqust etibarən KKR-ın şirkətin kapitalının 42,5%-nə uyğun gələn hissəsini topladığı qeyd olunub.
Satınalma prosedurlarının xarici investisiya və birləşmə üçün lazımi icazələr alındıqdan sonra bu ilin son rübündə başa çatacağı gözlənilir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
"Axel Springer", son zamanlar daşınmaz əmlak və iş elanları xidməti təmin edən rəqəmsal bir media nəhənginə çevrilmişdir. Ötən il şirkətin gəlirləri 4,1 faiz artaraq 3,2 milyard avroya yüksəlib, şirkətin mənfəəti də 4,8 faiz yüksələrək 528 milyon avroya qalxıb.
Eyni zamanda, "Business Insider" də "Axel Springer"in tərkibində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
16 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi




























