“Expressbank”ın debet kartlarının sayı 70% artıb
(®) Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması ilə bağlı dövlət tərəfindən son dövrlərdə mühüm tədbirlər reallaşdırılır. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə 2018-ci ildə nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanan “Expressbank” da bu yöndə davamlı müsbət addımlar atır.
Bankın yaydığı məlumatda bildirilir ki, bu gün mövcud bazarda nağdsız ödənişlər sahəsində əsas vasitələr POS-terminallar və plastik kartlardır. Müştərilərə müasir ödəniş imkanlarını təqdim edən Expressbank-ın statistik məlumatlarına nəzər yetirdikdə məlum olur ki, ölkə daxilində quraşdırılmış POS - terminalların sayında bu ilin ikinci rübünə 10% artım müşahidə edilib. Ümumilikdə isə dövriyyədə olan POS- terminalların 70% -i 50 AZN-dək təmassız ödənişləri dəstəkləyir. Bu isə müştərilərlə yanaşı ticarət və xidmət müəssisələrində kartla nağdsız ödənişlərin daha sürətlə qəbulu üçün şərait yaradır. Expressbank-ın bütün plastik kartları Mastercard Contactless / VISA payWave sistemlərini dəstəklədiyi üçün bu xidmətdən hər kəs faydalana bilir. Təsadüfi deyildir ki, 2018- ci ildə Bank "Təmassız pos- terminal infrastrukturu üzrə lider bank" nominasiyasında ikinci yerlə təltif edilmişdir.
"Eyni artım Expressbank-ın plastik kartlarına da şamil edilir. Dövriyyədə olan debet kart sayı ötən ilin rəqəmləri ilə müqayisədə 70% artıb. Buna paralel olaraq nağdsız əməliyyatlar üzrə dövriyyədə 75% artım müşahidə edilmişdir.
Bununla kifayətlənməyərək bank müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün elektron ticarətin inkişafı istiqamətində addımlar atmaqda davam edəcək", - məlumatda deyilir.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
-
19 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)








.jpg)





