Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq
Azərbaycan Respublikasının Prezidenti “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb.
Bununla yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlaması nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, aqrar sığorta mexanizmi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərlik etdiyi, Maliyyə, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi nümayəndələrinin də daxil olduğu işçi qrup tərəfindən hazırlanıb.
Dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Ölkələrin kənd təsərrüfatı mütəxəssislərin görüş və səfərləri, əldə edilmiş razılıqlar, təcrübə mübadilələri bu sahədə mövcud sistemləri dərinliklə öyrənməyə imkan verib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb.
Yeni Qanun Kənd təsərrüfatı sığortası fəaliyyətinin əsaslarının müəyyən edilməsinə, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasına, dövlət-özəl tərəfdaşlığının təmin edilməsinə, kənd təsərrüfatı sığortasının qabaqcıl təcrübə əsasında həyata keçirilməsinə, kənd təsərrüfatı sığortası üzrə ekspertlər institutunun yaradılmasına, kənd təsərrüfatı sığortası üzrə statistik məlumatları özündə cəmləşdirən elektron informasiya sisteminin qurulmasına, kənd təsərrüfatı sığortası mexanizmində mütərəqqi təcrübəyə malik olan ölkələrin təcrübəsinin daha da yaxından öyrənilməsi və ölkədə olan kənd təsərrüfatı risklərinin təkrarsığortalanması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, stabil və təhlükəsiz kənd təsərrüfatı sığortası mexanizminin formalaşması üçün münbit zəminin formalaşmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən bu mexanizmin həyata keçirilməsi üçün görüləcək işlər müəyyən edilib.
Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrarsığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək, katastrofik fəlakətlər zamanı dövlət büdcəsinin artıq yüklənməsinin qarşısı alınacaq.
Bu tədbirlər çərçivəsində etibarlı kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ÜDM-nin artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərmək imkanına malikdir. Nəticədə yeni aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə yönəlib.
Yeni mexanizmdə Aqrar Sığorta Fondunun yanında sığorta şirkətlərinin təsisçiliyi ilə idarəedici qurumun yaradılması nəzərdə tutulub. İdarəedici Şirkətin əsas funksiyası Fondun icra səlahiyyətlərini həyata keçirmək, sığorta müqavilələri satmaq, sığorta hadisələrini tənzimləmək, elektron informasiya sisteminin hazırlanması və dəstəklənməsini təşkil etmək, müstəqil ekspertlər hazırlamaq və onlarla işi qurmaqdır.
Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























