Argentinanın İqtisadiyyat naziri istefa verdi
Peso kəskin ucuzlaşdığına və ölkədə yaşanan maliyyə böhranına görə Argentinanın İqtisadiyyat naziri Nicolas Dujovne istefa verib.
"Marja" xəbər verir ki, ötən həftə Argentinada keçirilmiş seçkilərdə Prezident Mauricio Macri uduzub. Bu hadisədən sonra ölkənin pul vahidi peso dollar qarşısında 20% dəyərdən düşüb.
2017-ci ilin Yanvar ayından etibarən iqtisadiyyat naziri işləmiş Nicolas Dujovne, Prezident Mauricio Macri-yə məktub yazaraq istefa verib.
Dujovne, Argentina üçün var gücünü ortaya qoyduğunu, dövlət xərclərinin və büdcə kəsirinin azaldılması kimi bir çox müvəffəqiyyətlərinin olduğunu bildirib. Məktubda İqtisadiyyat naziri, "Eyni zamanda, səhvlər də etdik" ifadələrinə yer verib.
Dujovne, Argentinanın, Beynəlxalq Valyuta Fondunun (IMF) tarixindəki ən böyük borc olan 57 milyard dollarlıq stend-by razılaşmasında böyük rol oynamışdı.
İstefa verən Nicolas Dujovne-nin yerinə Buenos-Ayres əyalətinin İqtisadiyyat naziri Hernan Lacunza təyin ediləcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























