Orta aylıq maaş açıqlandı - SON RƏQƏM
2019-cu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1613,7 min nəfər olmuş, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 20,6 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat olmuşdur.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 14 d. əvvəl
-
-
1 saat əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib
"Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir"
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Ən çox oxunanlar
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın






.jpg)



.jpg)






