Palata Bazel Konsultativ Qrupuna üzv qəbul edilib
Cari ilin 2 avqust tarixindən Maliyyə Bazarlarına Nəzarət Palatası bank nəzarəti sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olmuşdur.
Bu barədə “Marja”ya Palatadan bildirilib.
Palata bundan əvvəl Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına, Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq təşkilatına üzv olmuşdu.
Bank Nəzarəti üzrə Bazel Komitəsi bank nəzarəti üzrə prudensial standartları müəyyən edən orqan olub 1974-cü ildə 10 ölkə (Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Niderland, İsveç və Böyük Britaniya) tərəfindən yaradılmışdır. Bazel Konsultativ Qrupu Bazel Komitəsinin üzvləri qarşısında xüsusi öhdəlik yaratmadan nəzarət orqanları arasında vahid platformanı formalaşdırır. Bu qrupun əsas məqsədi nəzarət orqanları arasında müzakirələr formatında bank nəzarəti məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsidir. Konsultativ Qrup tərəfindən bank nəzarəti sahəsində formalaşdırılan təkliflər isə Bazel Komitəsinə təqdim oluna bilir.
Konsultativ Qrupa üzv olan ölkə isə hazırda 29 ölkənin təmsil olunduğu geniş dialoq platforması çərçivəsində qabaqcıl beynəlxalq nəzarət təcrübələrini öyrənmək imkanını əldə edə bilir. Hazırda qonşu və regional ölkələrdən Gürcüstan, Qazaxıstan və Ukraynanın maliyyə nəzarət orqanları Bazel Konsultativ Qrupunun üzvləridir.
"Palatanın Bazel Konsultativ Qrupuna üzv qəbul olunması ölkədə maliyyə bazarları sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması istiqamətində aparılan islahatların beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin bir göstəricisidir.
Konsultativ Qrupa üzv olmaq Palatanı geniş dialoq platformasına çıxarmaqla bank sistemi üzrə təmzimləmə və nəzarət sahəsində qabaqcıl ölkələrin təcrübələrindən yararlanmağa, bu sahədə ölkədə mövcud qanunvericiliyin Bazel standartlarına tam uyğunlaşdırılmasına, habelə Bazel Komitəsində təkliflərlə çıxış etməyə imkan verəcəkdir",- Palatanın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 saat sonra
-
-
5 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
7 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti







.jpg)






.jpg)






