3 şirkətdən 2,3 milyon manatlıq satınalma
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi 3 şirkətdən 2 milyon 256 min 209 manatlıq laboratoriyalar üçün reagent, reaktiv və diaqnostik dəstlər satın alıb.
“Marja” xəbər verir ki, bu barədə Publik Hüquqi Şəxsin Bildirişində deyilir.
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin tender komissiyası bildirir ki, laboratoriyalar üçün reagent, reaktiv və diaqnostik dəstlərin satın alınması məqsədilə 2019-cu il aprelin 26-da keçirilmiş açıq tenderin predmeti iştirakçılar arasında bölüşdürülmüş və “Labservis LTD” MMC ilə 635 min 212 manat məbləğdə, “Medeks” MMC ilə 1 milyon 75 min 980 manat məbləğdə, “Sem-Az” MMC ilə 545 min 17 manat məbləğdə müvafiq satınalma müqaviləsi bağlanmışdır”.
Bunlardan başqa, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin tender komissiyası bildirir ki, 2-ci Beynəlxalq qida təhlükəsizliyi konfransının təşkili məqsədilə 2019-cu il mayın 3-də keçirilmiş kotirovka sorğusunda “Caspian Event Organisers” MMC qalib elan edilmiş və həmin təşkilatla 44 min 421 manat manat məbləğdə müvafiq satınalma müqaviləsi bağlanmışdır.
Həmçinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi - AQTİS” üçün əlavə modullarının hazırlanması, quraşdırılması və istismara verilməsi işlərinin satın alınması məqsədilə 2019-cu il aprelin 24-də keçirilmiş açıq tenderin yekun protokoluna uyğun olaraq “Caspel” MMC qalib elan edilmiş və həmin təşkilatla 131 min 466 manat məbləğdə müvafiq satınalma müqaviləsi bağlanmışdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 37 d. əvvəl
-
37 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 53 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN




















