“Topaz” lisenziyası ala bilməyən əlillər dava salıb
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin “Topaz” əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı “Caspian Tech” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında yaranan mübahisə Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində araşdırılır.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, “Caspian Tech” QSC rəhbərliyi adından daxil olmuş müraciətdə Yusifov Elşən və qeyrilərinin cəmiyyətin “Topaz” əmtəə nişanı adı altında qanunsuz mərc oyunlarının təşkil edildiyi bildirilib.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, 30 oktyabr 2018-ci il tarixdə Xətai rayonu, K.Mehmandarov küçəsində və 25 may 2019-cu il tarixdə Nizami rayonu Q.Qarayev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Topaz” məntəqələrində Sevil Ələkbərova və Elşən Yusibov mərc oyunlarının təşkili qaydalarını pozduqlarına görə, onların lisenziyaları ləğv edilib.
“Caspian Tech” QSC-nin ləğvetmə qərarına etiraz olaraq, 2018-ci ilin noyabr ayının 1-2 tarixlərində və 2019-cu ilin may ayının 30-da özünü “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini kimi təqdim edən Məcid Məmmədov təxminən 18 nəfər əlil şəxslə birlikdə “Caspian Tech”QSC-nin yerləşdiyi inzibati binaya gəlib burada səs-küy salaraq, cəmiyyətin iş rejimini pozub, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etməklə işçiləri nalayiq ifadələrlə təhqir ediblər.
Onlar E.Yusifov və S.Ələkbərovanın lisenziyalarının bərpa olunmasını və ya əlillər cəmiyyətinin adına lisenziya verilməsini tələb ediblər, əks təqdirdə özlərinə xəsarət yetirəcəklərini bildiriblər.
Baş İdarədə material üzrə müraciətin bütün hallarının obyektiv və hərtərəfli aparılması üçün tərəflər arasında yaranan mübahisənin xüsusatlarının öyrənilməsi üçün müvafiq sorğular verilib, araşdırmalar davam etdirilir.
“Caspian Tech” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.
Qeyd edək ki, "Caspian Tech" QSC-nin adı 19 Mart 2019-cu il tarixinə qədər "Azərinteltek" QSC olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
5 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
10 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
11 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















