Bu il investoruna ən çox qazandıran məhsullar
"Marja"nın əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən topladığı məlumatlara görə, İyun ayında əmtəələrdən 15-i bahalaşıb, 3-ü ucuzlaşıb.
ABŞ-da faizlərin aşağı salınacağı və dolların dəyər itirəcəyinə dair gözləntilər İyun ayında əmtələrin qiymətinin artmasına təkan verib.
İyunda investoruna ən çox qazandıran əmtəə 16,1 faiz ilə palladium olub. Palladiumun ardınca 8 faizlə qızıl, 7,4 faizlə qurğuşun, 6 faizlə nikel, 5,2 faizlə platin və soya lobyası, 4,9 faizlə qəhvə və gümüş, 4,6 faizlə buğda, 4 faizlə şəkər, 3,5 faizlə Brent nefti, 3,1 faizlə mis, 1,5 faizlə kakao, 1,2 faizlə qarğıdalı, 0,8 faizlə alüminium gəlib.
İyun ayında əmtəə bazarında ən çox təbii qazın qiyməti azalıb - 5,7%. Həmçinin sink 3,8 faiz, pambıq 3 faiz ucuzlaşıb.
Əmtəə bazarında ilin ilk yarısında isə ən çox qazandıran 21,6 faiz ilə palladium olub. İlk 6 ayda Brent nefti 19,5 faiz, nikel 18,3 faiz, qarğıdalı 15,20 faiz, qızıl 10 faiz, qəhvə 7,8 faiz, platin 5 faiz, şəkər 4,7 faiz, buğda 4,5 faiz, soya lobyası 3,2 faiz, sink 1,8 faiz, kakao 0,8 faiz bahalaşıb.
Həmin dövrdə investorunu ən çox zərərə salan 18,8 faiz ilə təbii qaz olub. İlin ilk yarısında pambıq 8,5%, qurğuşun 5,5%, alüminium 5,2%, gümüş 1,1%, mis 0,7% ucuzlaşıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















