Dünya lideri onu Azərbaycan üzrə direktor təyin etdi
“Visa” şirkəti bu gün Kristina Doroşun Qafqaz regionu üzrə (o cümlədən Azərbaycan) ölkə direktoru təyin edildiyi barədə məlumat yayıb.
“Visa” şirkətindən "Marja"ya verilən məlumata görə, Kristina Doroş bu yeni vəzifəsində əsas diqqətini “Visa” şirkətinin regionun bazarlarındakı fəaliyyətinə, eləcə də şirkətin banklara, satış nümayəndələrinə və kart sahiblərinə göstərdiyi dəyəri artırmaqla Qafqaz regionunda elektron ödənişlərin genişlənməsinə yönəldəcək.
“Biz Kristina Doroşun “Visa” şirkətinin Qafqaz region üzrə ölkə direktoru vəzifəsinə təyin olunması xəbərini yaymaqdan böyük məmnunluq duyuruq. Sınanmış idarəetmə və liderlik bacarıqları, ödənişlərlə bağlı dərin bilikləri və regional biznes işini əla bilməsi sayəsində Kristinanın şirkətimizin Qafqaz regionundakı ölkələrə verdiyi əhəmiyyəti nəzərə alaraq, fəaliyyətimizi daha yüksək zirvələrə aparacağına inanırıq”, - “Visa” şirkətinin CISSEE üzrə ölkə direktoru Vira Platonova bildirib.
Kristina Doros pərakəndə bankçılıq, informasiya texnologiyaları, kartlar və mobil ödəmələr üzrə 20 illik iş təcrübəsinə malikdir. 2016-cı ildən bəri Kristina Regional Məhsullar komandasına rəhbərlik etmək üçün “Visa” şirkətinə qoşulub və 2019-cu ildən Problemlərin Həlli Departamentinin müdiri, “Visa” CISSEE-nin vitse-prezidentinin səlahiyyətlərini icra edir. Əsas məhsullardan (Debit, Credit və Premium) başqa, Kristina həmçinin elektron ödənişlərin yayılması üçün baza rolunu oynayan “Loyalty” platformasının inkişafı, Rəqəmsal Həllər və “Push Payments” sistemini idarə edir. Kristinanın peşəkar uğurlarının əsas mərhələlərinə Premium ödənişlərinin artırılması, Ukraynada və Belarusda “Loyalty” proqramının işə salınması, Tap to Phone SME texnologiyasının işə salınmasının dəstəklənməsi və s. daxildir.
“Visa CİSSEE məhsulları komandasının rəhbəri kimi maraqlı təcrübəmdən sonra Qafqaz regionunda “Visa” şirkətinə rəhbərlik etməkdən məmnunluq duyuram. Bu, müştərilərimizə və tərəfdaşlarımıza daha çox innovasiya və fayda təqdim edə bilmək və ödənişlərin gələcəyini formalaşdırmaqla və regionda yenilikləri təşviq etməklə bazarda mövcudluğumuzu gücləndirmək üçün maraqlı və çətin bir imkandır”- Kristina Doroş bildirib.
Visa Inc. rəqəmsal ödənişlər üzrə dünya lideridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)














.jpg)



