"Hektara 7 ton bizim üçün çox aşağı nəticədir"
"Yaxın 5 il ərzində Azərbaycanda nar sahələrinin 4 min hektara qədər artırılması nəzərdə tutulub".
Bunu açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda 170 min tona qədər nar istehsal olunub və 9 300 tona yaxın nar meyvəsinin ixracı həyata keçirilib: “Əsas hədəflərimiz nar meyvəsinin daha çox istehsal olunmasıdır, nardan hazırlanmış çaxırın, nar şirələri, nar kompotu və narşərabın və digər meyvələrlə qarışdırılmış digər məmulatların da istehsalın nəzərdə tutulmasıdır”.
F. Qaraşov bildirib ki, 2019-cu ilin çiçəklənmə dövrü artıq başlayıb: “Bir çox sahələrlə tanışlıqdan sonra assosiasiyaya məlumatlar daxil olur ki, çiçəklərdən doğan narlar normal vəziyyətdədir. Onların becərilməsi üçün ziyanvericilərə qarşı mübarizə üçün təlimlər hazırda davam edir. Hazırda 23 800 hektara yaxın nar bağı əkin altındadır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış yeni dövlət proqramına əsasən, yaxın 5 il ərzində bu rəqəmin 4 min hektara qədər artırılması nəzərdə tutulub. Bu sahələrin 28 min hektara yaxınlaşdırılması nəzərdə tutulub”.
Assosiasiya sədri bildirib ki, bu il üçün hər hektara düşən məhsuldarlıq 15 ton olması nəzərdə tutulur: “2018-ci ildə hər hektarda məhsuldarlıq 7 ton təşkil edib. Bu bizim üçün çox aşağı nəticədir. Bunun da birbaşa fermerlərin maarifləndirilməsi və torpaqdan başlayan problemlərlə bağlıdır. Yəni problemlər daha çox elmə əsaslanıb, torpağın analizlərindən, ağacların yaşı və keyfiyyətindən, onlara düzgün qulluqdan, ziyanvericilərə qarşı düzgün mübarizədən başlamaq lazımdır. Narçılığın inkişaf etdiyi ən qabaqcıl ölkələrə - Türkiyə, Misir, İsrail, İspaniya, Hindistan və İranın təcrübəsinə nəzər salsaq, görəcəyik ki, bu ölkələrdə hər hektara düşən məhsuldarlıq 20-35 ton arasında dəyişilir”.
Assosiasiya sədri vurğulayıb ki, bu səbəbdən də Azərbaycan bu ölkələrin anoloji qurumları ilə əməkdaşlıq etmək niyyətindədir: “Yaxın zamanlarda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Türkiyə nar istehsalçıları ilə əməkdaşlığa başlayacaq”.
O həmçinin qeyd edib ki, artıq assosiasiyanın 170-ə yaxın üzvü var və bu il üzvlərin sayının 200-ə çatdırılması planlaşdırılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 d. əvvəl
-
- 26 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























