Sürücüsüz avtomobillər yollara gözlənildiyindən daha tez çıxacaq
Hyundai Motor Group və Aurora Innovation Inc. şirkətləri birgə bəyanatla avtonom nəqliyyat vasitələri texnologiyası layihəsinin sürətləndirilməsi üçün Hyundai Motor Group tərəfindən əlavə investisiyanın cəlb aurıldığını açıqlayıblar.
Qeyd edək ki, şirkət 2017-ci ilin Oktyabr ayında yayınlanan bəyanatda bu strateji əməkdaşlıq çərçivəsində ilk avtomobili 2021-ci ildə istehlakçılara təqdim edəcəyi deyilirdi. Üzərindən 1 il keçməmiş Hyundai Motors şirkəti 2018-ci ilin fevral ayında Pxençxan Qış Olimpiya oyunları zamanı 4-cü səviyyə avtonom nəqliyyat vasitələrinin təqdimatını həyata keçirmişdi. Görünür Hyundai şirkəti prosesi daha sürətləndirmək və layihə vaxtından əvvəl həyata keçirməyi qərarlaşdırıb.
Mütəxəssilər avtonom avtomobillərin avtonomluq səviyyəsini onların istismar imkanları və təyinatına görə sinifləndirərkən 5 səviyyəyə ayırırlar. Hazırda bazarda istismar edilən nəqliyyat vasitələri 4-cü səviyyəni əhatə edir ki, bu öz növbəsində ticari istiqamətdə fəaliyyətin mükəmməlşədirilməsinə yönəlmişdir. Xüsusiləə qeyd etmək lazımdır ki, təqdim olunan avtomobillər xüusi praktiki əhaəmiyyət daşımır, əsas etibari prototip və ya konspt xarateri daşıyır. Sərnişin daşımanı və ya fərdi istifadə birmənalı istisna edir. Bu avtomobillərdə 5-ci səviyyənin müəyyən elementləri öz əksini tapsa da texniki imkanaların məhdud olması səbəbindən mütəxəssislər tərəfindən birmənalı olaraq 5-ci səviyyə kimi qəbul edilməmişdir.
Məsələ burasındadır ki, bu nəqliyyat vasitələrinin 5-ci səviyyədə hazırlanması və istismara verilməsi üçün süni intelekt, mobil kommunikasiya sistemlərinə çox böyük miqyasda (bölgə, ölkə miqyasında) investiyaların qoyulmasını tələb edilir və xüsusi qanunvericiliyin tətbiq edilməsi isə ilk baxışdan maneə kimi görünsə də vacib element hesab olunur. Dünyada ilk belə pakt bu il İyun ayının 13-ü Florida Ştatının qubernatoru Ron DeSantis tərəfindən imzalanmışdır. Texniki olaraq ştatın buna hazır olması barədə bir söz demək çətindir, lakin ştatın qanunvericiliyi 5-ci səviyyə avtonom avtomobillərin fəaliyyəti üçün açıq hesab olunur. Bu yalnız ABŞ yox, həm də bütün dünya üçün ciddi presidentdir.
Cisco Systems Inc. və Baidu Inc kimi dünya nəhənglərinin internetə bağlı avtomobillərlə bağlı birgə fəaliyyət haqqında qərar verməsi, South Korea's SK Telecom və Hanwha Asset Management kimi nüfüzlu texnologiya nəhənglərinin süni intellektə investiya etmək üçün 45 milyon dollarlıq qlobal fond yaratması heç də təsadüfi deyildir. Bu baxımdan Hyundai Motors şirkəti zaman itirməmək və 5-ci səviyyədə nəqliyyat vasitələrinin ən qısa zamanda istismara buraxılmasını təmin etmək bardədə qərarını tam yerində atılmış addım saymaq olar.
Hyundai Motor Group tərəfindən ayrılan əlavə investisiya 5-ci səviyyə avtonom nəqliyyat vasitəsi NEXO modelini əhatə edəcək. Qeyd edək ki, Aurora Innovation Inc. şirkəti ilə birgə əməkdaşlıq dünyada ilk dəfə 4-cü səviyyə ticari avtomobillərin kommesiyalaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində ağıllı şəhərlərdə robot-taksi avtoparklarının yaradılması, ümumiyyətlə isə avtonom nəqliyyat vasitələrinin birmənalı olaraq real həyatda praktiki tətbiqi həyata keçirmək üçün nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
10 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 10 saat əvvəl
-
11 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
12 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
12 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
12 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)









.jpg)







