Naxçıvan tinglərə və gül kollarına olan tələbatını yerli istehsal hesabına ödəyəcək
İyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidməti üçün yeni ağacyetişdirmə sahəsi - “İqlim otağı” istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru Səyahət İmanov çıxış edərək demişdir ki, muxtar respublikada yaşıllıqların sahəsi ilbəil artırılır, yeni meyvə bağları salınır. Bu da tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirmişdir. Xüsusilə müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və "İqlim otağı"nın yaradılması da bu sahədə görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada müasir ağacyetişdirmə sahəsinin - "İqlim otağı"nın istifadəyə verildiyini bildirmiş, bu münasibətilə kollektivi təbrik edərək demişdir: "Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublika təbiətinə də təsir etmiş, ağaclar kütləvi qırılmış, yaşıllıqlar məhv edilmişdi. 1995-ci ilin statistikasına əsasən həmin dövrdə muxtar respublikada yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdi. Lakin ötən dövrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün muxtar respublikada ümumi ərazinin 20 faizə yaxını yaşıllıqlardır. Həmçinin muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağac və bitki növləri qorunur, eyni zamanda mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir".
Ali Məclisin Sədri demişdir: "Bu günə qədər muxtar respublikada müxtəlif tinglərə və gül kollarına olan tələbatın bir hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin yaradılan şərait imkan verəcəkdir ki, tələbat tamamilə yerli istehsal hesabına ödənilsin, ərazilərə uyğun meyvə və həmişəyaşıl tinglər, bəzək kolları və güllər yetişdirilsin. Müasir avadanlıqlarla təmin olunmuş "İqlim otağı"nda tinglər və gül kolları açıq havaya nisbətən daha tez böyüyür. Bu da daxili tələbatı iki dəfədən artıq ödəməyə imkan verir. Muxtar respublikanın aid təşkilatları ilə tingçilik sahəsi arasında qarşılıqlı əlaqə yaradılmalı, sifarişlər qəbul olunmalıdır. Kollektiv həm dövlət təşkilatlarının, həm də əhalinin tələbatına uyğun ağac və bəzək kolları yetişdirməlidir".
Məlumat verilmişdir ki, ərazidə 8 parnik və 4 bina tikilmiş, işçilər üçün lazımi şərait yardılmış, iş otaqları istifadəyə verilmişdir. Əsas binada gül-bəzək kollarının və meyvə tinglərinin yetişdirilməsi üçün “İqlim otağı” yaradılmışdır. Otaqda 108 rəf quraşdırılmışdır. Yaradılmış şərait toxum vasitəsilə 11 min 664, şitil və ya qələm vasitəsilə 4536 ədəd olmaqla il ərzində 105 min müxtəlif növ ağac, gül və bəzək bitkiləri yetişdirməyə imkan verir. Otaq təbii hava şəraitindən tamamilə təcrid olunmuş, avtomatlaşdırılmış işıqlandırma, suvarma, havalandırma, isitmə və nəmləndirmə sistemləri ilə təchiz edilmişdir. Yaradılmış süni iqlim şəraiti burada istənilən növ bitkini yetişdirməyə və digər növ istixanalarla müqayisədə bitki yetişdirilməsi sahəsindəki məhsuldarlığı bir neçə dəfə artırmağa imkan verir.
"İqlim otağı"nda yetişdirilən bitkilər müvəqqəti saxlanma anbarına verilərək təbii şəraitə uyğunlaşdırılır və satışa çıxarılır. Ərazidə mağaza istifadəyə verilmiş, gübrə və digər vasitələrin saxlanması üçün də anbar yaradılmışdır. Bütün binalar istilik, elektrik və su sistemləri ilə təchiz olunmuşdur.
Naxçıvan Yaşıllaşdırma Xidmətinin 6 saylı Tingçilik Sahəsinə baxış olmuşdur. Bildirilmişdir ki, 4 hektar ərazini əhatə edən tingçilik sahəsində bu ilin ötən dövründə 81 min müxtəlif meyvə tingi, gül və bəzək kolları yetişdirilmişdir.
Ali Məclisin Sədri "İqlim otağı"nda tələbata uyğun tinglərin və gül kollarının yetişdirilməsi, eləcə də yerli sortlara üstünlük verilməsi və fəaliyyətin genişləndirilməsi barədə tapşırıqlar vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
- 45 d. əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
16 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 16 saat əvvəl
-
17 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
17 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"



















