Yeni Honda Accord alın, 3 il pulsuz servis əldə edin
(®) Honda-nın Azərbaycandakı rəsmi distribüterindən yeni Honda Accord arzusunda olanlara əla fürsət. 2 ay davam edəcək kampaniya müddətində yeni Honda Accord modelini alanlar, 3 il və ya 100 000 km boyunca pulsuz servis əldə edəcəklər.
Rəqibsiz idarəetmə göstəriciləri, 2.0L-lik və 1.5L-lik güclü turbo mühərrikləri ilə fərqlənən Honda Accord sərfəli, amma güclü performans göstərir. Öz sinfində bənzərsiz düyməli 10 pilləli avtomatik sürət qutusu isə sürücüyə yumşaq keçid və yanacağa qənaət imkanı verir. Həmçinin, Econ və Sport rejimləri sayəsində sürücü istədiyi idarəetmə üslubunu seçir. Econ rejimini seçərək sakit və qənaətcil, Sport rejimi ilə aqressiv və idmansayağı idarəetmədən zövq ala bilər.
Ağac işləmələr və dəri oturacaqlarla komfortla, eleqantlığı birləşdirir. Oturacaqlarda təkcə qızdırılma yox, ventilyasiya funksiyasının olması da əlavə üstünlükdür. Sensorlu 8’’ mərkəzi displey, Apple CarPlay və Android Auto sistemləri bu avtomobildə səfərləri daha maraqlı edir. Üstəlik, mobil telefonunun menyusu ekranda əks etdirmək imkanınız da var. Geniş salon dedikdə həm sərnişinlər, həm də yük üçün geniş yer nəzərdə tutulur. Bunu isə ön və arxa cərgələrdə ayaqların rahatlıqla yerləşəcəyi aralıq məsafəsi və 473 L-lik tutumlu baqaj təmin edir.
Yeni Honda Accord və kampaniya barədə daha ətraflı məlumat almaq üçün Honda-nın Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlaya bilərsiniz.
Honda Avtomobil Mərkəzi
Bakı-Sumqayıt şossesi 6-cı km
Tel: (012) 349 00 00
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 d. əvvəl
-
-
18 d. əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
- 28 d. əvvəl
- 34 d. əvvəl
-
55 d. əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Spirt istehsalçısı “Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
-
2 saat əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
























