Uçotda olmayan mallara görə vergilərin hesablanması
Vergilə Nazirliyindən "Marja"ya təqdim olunan məqalədə bildirilir ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəaları iqtisadiyyatın şəffaflaşdırılması, uçot sisteminin dürüstləşdirilməsi, habelə sənədsiz mal və məhsulların qeydiyyatının stimullaşdırılması üçün geniş imkanlar yaradıb.
Amma hələ də bəzi sahibkarlar bu dəyişikliklərin yaratdığı imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Rayonlardan birində məişət cihazları və avadanlıqlarının pərakəndə satışı ilə məşğul olan Elvin Məmmədov da belə sahibkarlardandır...
On ildən çoxdur ki, topdansatış məntəqələrindən aldığı televizor, kompüter avadanlıqları, paltaryuyan maşın və digər məişət avadanlıqlarını icarəyə götürdüyü mağazada satmaqla sahibkarlıq fəaliyyəti göstərən E.Məmmədov əvvəlki illərdə aldığı məhsulların bir qismini hələ də sata bilməyib. Ona problem yaradan əsas məsələ isə həmin malların heç birinin sənədinin olmamasıdır. O, vergi nəzarəti tədbirləri zamanı sahibi olduğu mağazadakı sənədsiz mallara görə sanksiyalara məruz qala biləcəyindən ehtiyatlanır.
Bəs o nə etməlidir? Vergi nəzarəti zamanı mövcud olmayan və ya əskik gələn malların nə zaman təqdim edildiyi məlum olmadıqda, vergilər hansı dövrə hesablanacaq?
Vergi hüququ üzrə ekspert, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev mövzunu şərh edərkən sahibkarlar üçün mühüm əhəmiyyət daşıyan məqamlara aydınlıq gətirib. Qeyd edib ki, 2019-cu il 1 yanvar tarixinədək həyata keçirilən operativ vergi nəzarəti tədbirləri, eyni zamanda səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin vergi orqanındakı uçot-baza məlumatlarında olan mallarının faktiki mövcud olmaması və ya əskik gəlməsi halında vergilərin hesablanma dövrü mübahisələr yaradırdı və bir çox hallarda vergi ödəyiciləri bundan öz xeyirlərinə yararlana bilirdilər.
2019-cu ildən Vergi Məcəlləsinə əlavə edilmiş 67.15-ci maddəyə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı və ya əskik olduğu aşkar edildikdə, vergilər "həmin halın aşkar edildiyi hesabat dövrü üzrə", səyyar vergi yoxlaması zamanı isə "yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə" hesablanır.
Mənzərəni aydınlaşdırmaq üçün misala müraciət edək: Tutaq ki, ƏDV ödəyicisi olan "A" MMC 2019-cu ilin fevral ayında rəsmi qaydada 200 ədəd televizor alıb. Uçot-baza məlumatlarına əsasən, həmin ilin fevral, mart və aprel ayları ərzində 50 ədəd mal satılıb. Aprel ayının sonunda həyata keçirilən nəzarət tədbiri zamanı müəssisənin anbarında 25 ədəd televizorun qaldığı aşkar edilibsə, bu zaman yeni norma əskik gələn mallara (150 – 25 = 125) 2019-cu ilin aprel ayı üzrə hesablama aparmaq hüququ verir.
Ekspert bildirib ki, bu halda "A" MMC-yə - Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş qaydada malları təqdim etmədiyi üçün - bu hal təqvim ilində ilk dəfə baş veribsə, malların satış qiymətinin 10 faizi, ikinci dəfə olduqda 20 faizi, üç və daha çox olan halda isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib























