Bank of Baku bazar günü də xidmətinizdədir!
Kompensasiya alacaq müştərilərin DİQQƏTİNƏ: Bank of Baku bazar günü də xidmətinizdədir!
Göstərdiyi xidmət keyfiyyətilə hər zaman seçilən ölkənin aparıcı bankı Bank of Baku, bütün filialları ilə bazar günü də kompensasiya alacaq müştərilərin xidmətində olacaq.
Belə ki, Bankın Baş İdarə ofisi və digər filialları 26 may tarixində, saat 10:00-dan 15:00-a kimi, Azneft filialı isə 10:00-dan saat 21:00-a kimi (nahar fasiləsi: 14:00 - 15:00) fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək. Müştərilər qeyd olunan saatlarda Bank of Baku-nun istənilən filialına yaxınlaşmaqla kompensasiya məbləğini əldə edə bilərlər.
Qeyd edək ki, Bank of Baku-nun filialları şənbə günləri də müştərilərinə xidmət göstərir. Belə ki, Bankın Azneft filialı,
-Şənbə günü 10:00-dan saat 21:00-a kimi (Nahar fasiləsi: 14:00 - 15:00);
Baş idarə və digər bütün filiallar isə,
-Şənbə günü - saat 09:00-dan 18:00-a kimi (Nahar fasiləsi: 13:00 - 14:00) müştərilərin xidmətində olacaq.
Bank of Baku-dan kompensasiya alacaq bütün müştərilərin bu həftə ərzində istədikləri vaxt Bankın filiallarına yaxınlaşması tövsiyyə olunur. 500 AZN-dən yuxarı məbləğdə kompensasiya alacaq müştərilər hələ də SMS əldə edə bilməyiblərsə, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq kartlarını hansı filialdan alacaqlarını öyrənə bilərlər.
"Bank of Baku"nun 5-i region olmaqla ümumilikdə 18 filialı fəaliyyət göstərir. Filial və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış olmaq olar: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials
Bank of Baku-nun filial şəbəkəsi, eləcə də xidmət və məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku və ya Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























