Azərbaycanın iri zavodunun səhmdarları qəzəblənib – YENİLƏNİB
13:20 -“Holcim Azərbaycan” ASC-nin (Qaradağ Sement Zavodu) fiziki şəxs səhmdarları etiraz aksiyası keçirməyə hazırlaşırlar.
“Marja”nın əldə etdiyi məlumata görə, səhmdarlar neçə ildir səhmlərə dividend ödənilməməsinə etiraz edirlər.
Aksiyanın 17 Mayda zavodun qarşısında keçirilməsi planlaşdırılır. Məlumata görə, İsveçrədən “Lafarge Holcim” şirkətinin Həmkərlar İttifaqlarının əməkdaşlarının Azərbaycana gələcək.
Aksiyada 600 nəfərin iştirak edəcəyi gözlənilir. Əksər səhmdarın, tələb etdikləri məbləğ qarşılığında səhmini satmağa hazır olduğu da bildirilir.
8 MİLYON MANAT MƏNFƏƏTİ OLSA DA, DİVİDEND ÖDƏMƏYƏCƏK
Xəbər verdiyimiz kimi, 4 aprel 2019-cu il tarixində Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında "Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib. Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vurub.
Bununla belə, səhmdarlar ötən il olduğu kimi, bu il də dividend almayacaqlar. Çünki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına, başqa sözlə, səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.
15:50 - “AKSİYA DEYİL, RAZILAŞDIRILIMIŞ GÖRÜŞDÜR”
Adının açıqlanmasını istəməyən səhmdarlardan biri “Marja” ilə əlaqə saxlayaraq bildirdi ki, 17 May 2019-cu il tarixində etiraz aksiyası deyil, fiziki şəxs səhmdarların “Holcim Azərbaycan” ASC-nin rəhbərliyi ilə razılaşdırılmış görüşü nəzərdə tutulur:
“Səhmdarlar adından 5 nəfərin ASC-nin rəhbərliyi ilə görüşü nəzərdə tutulur. Həmin gün 600-dən artıq digər fiziki şəxs səhmdarların zavoda toplaşmalarının təşkil edilməsində əsas məqsəd danışıqlar zamanı onların razılıqlarını qısa müddətdə almaqdır. Biz danışıqlar zamanı özümüz qərar verə biləmərik. Ehtiyac olarsa danışıqları dayandırıb zavodda toplanmış səhmdarlar ilə məsələni müzakirə edəcəyik. Onların yekun cavabı əsasında danışıqları davam etdirəcəyik. Səhmdarları bir yerə toplamaqda digər bir məqsəd onların bir-birlərini tanımalarını təmin etmək və maariflənmələrinə kömək göstərməkdir”.
ASC-nin səhmdarı qeyd etdi ki, “Holcim Azərbaycan”dan nə üçün dividend ödənilməməsinə aydınlıq gətirilməsi tələb ediləcəkdir:
“Nə üçün dividend ödənilmir? Biz istəyirik buna aydınlıq gətirilsin. Biz dividend tələb edirik. Əgər zavod mənfəətini kapitalın artırılmasına yönəldirsə, səhmlərin qiyməti necə dəyişir? Səhmlərimiz adi yoxsa imtiytazlı səhmdir? Həmçinin zavodun istehsalının və satışının artırılması üçün bir sıra təkliflərimiz var. Bu təkliflərimizin də nəzərə alınmasını istəyirik. Səhmdarı olduğumuz zavodun inkişafı üçün bizim də təkliflər vermək haqqımız var. Həmçinin təklif edirik ki, səhmdar- şirkət rəhbərliyi mədəniyyəti formalaşdırılsın, ünsiyyət artırılsın”.
Səhmdar qeyd etdi ki, danışıqlar zamanı razılaşma olmas məhkəmələrə müraciət olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
3 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
8 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
10 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi






















