Sərbəst vətəndaşlar üçün illik 120 manat icbari tibbi sığortahaqqı müəyyənləşdirilib
İcbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqlarından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib.
02 may 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda tədbir keçirilmişdir.
Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, görüşün keçirilməsində məqsəd sahibkarları icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydaları və icbari tibbi sığorta üzrə sığortalıların, sığortaolunanların hüquq və vəzifələri barədə məlumatlandırmaq olmuşdur.
ASK-nın baş katib əvəzi Kristina Məmmədova çıxışı zamanı icbari tibbi sığortanın əhəmiyyətindən və ölkə üzrə tətbiqindən danışıb. O bildirib ki, 2020-ci ildə Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək və bu mövzu sahibkarların diqqət mərkəzindədir:““Tibbi sığorta haqqında” Qanunla bağlı sahibkarları məlumatlandırmaq müsbət haldır”. K.Məmmədova mövzunun aktuallığını nəzərə alaraq ASK-nın bu görüşləri davam etdirəcəyini qeyd edib.
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti və məqsədləri, sistemin tətbiqinin səhiyyənin inkişafına töhfəsi, xidmətlər zərfi və tibbi xidmətlərin keyfiyyət standartları barədə iştirakçılara məlumat verib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqinə hazırlıq məqsədilə tibb müəssisələrində qeydiyyat sisteminin təkmilləşdirilməsinə, informasiya texnologiyalarının tətbiqinə və ilkin səhiyyə xidmətinin yenidənqurulmasına ehtiyac var.
İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydalarından danışan Agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu icbari tibbi sığorta modelləri, universal tibbi təminat, icbari tibbi sığortahaqqı, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri barədə çıxış edib. Bununla yanaşı o bildirib ki, icbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqlarından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib. T.Qulu icbari tibbi sığortahaqqını ödəməkdən azad olunan əhali qrupları barədə də danışıb.
Agentliyin Hüquq departamentinin Hüquqi aktların və müqavilələrin ekspertizası şöbəsinin koordinatoru Tural Musayev icbari tibbi sığorta müqaviləsinin sahibkarlarla bağlanılması qaydaları, icbari tibbi sığorta üzrə sığortalıların, sığortaolunanların hüquq və vəzifələri barədə iştirakçılara məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
18 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
35 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 52 d. əvvəl
-
58 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim






























