Biznes dünyasının ən vacib 5 kitabı
Müasir biznes dünyasında irəliləmək üçün bir sıra açar nöqtələri bilməniz lazımdır. Hansı ki, bunları bilmək sizin bu yolda inkişafınızı sürətləndirəcək, hədəfinizə çatmağınızı tezləşdirəcək.
1. Müharibə sənəti - Eramızdan əvvəl yaşamış Çin generalı Sun Tzı tərəfindən yazılan Müharibə sənəti, qədim Çinin hərb yanaşmasından bəhs edir. Bu kitab tarixin ən effektiv və ən hörmətli strategiya kitabı sayılır. 13 fəsildən ibarətdir və hər fəsildə müharibənin effektiv aparılması üçün vacib taktiki məlumat verir. (kəşfiyyat, sürətli qərar vermə, itkilərdən qaçmaq). Kitab hərb sənətindən bəhs etsə də dünya siyasətçiləri və bizmesmenləri tərfindən oxunur və tətbiq edilir.
Sahəsinin liderlərindən olan Sirtex Medical CEO-su Gilman Wong bu kitabın dünyanın ən güclü kitablarından biri olduğunu və CEO olmaq istəyən hər kəsin mütləq oxumalı olduğunu vurğulayır.
2. Mavi okean startegiyası - dünyanın 40 dilinə tərcümə edilmiş ən məşhur strategiya kitablarındandır. Bu strategiyanın çox sadə ideyası var: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə aparmamaqdır. “Strategiya”nın müəllifləri kənara çəkilib yenilik etməyin yeganə yol olmasına əmindirlər. Əgər hər kəs eyni formada, eyni məhsul və təkliflərlə bir-biri ilə rəqbət aparırsa ora artıq qırmızı dənizdir, orada qanlı mübarizə gedir və bu şirkətlər çox kiçik qazanclarla bir-biri ilə rəqabəti davam etdirməyə məcbur qalırlar. Mavi ocean isə bazarın hələ toxunulmamış, qazanc imkanları yüksək olan hissəsidir. Mavi okean yaradıcı yanaşma tərzi tələb edir. Burada rəqabət qorxusu yoxdur, çünki oyunun qaydaları hələ yenicə təyin olunmaqdadır.
3. Effektiv rəhbər – Əksər menecment kitabları başqalarını necə idarə etməkdən bəhs edir. Bu kitabın mövzusu isə özünüidarədir. Piter Drukerin fikrincə effektiv işləyə bilmək üçün bilikli olmaq, çox işləmək, yada savadlı olmaq kifayət deyil. Effektiv lider olmaq üçün müəyyən və olduqca sadə bir sıra şeyləri etmək lazımdır. Bunlara Piter Druker tərəfindən yaradılan kiçik qaydalar sistemi də daxildir. Müəllif effektiv fəaliyətin nəinki mümkün olduğunu, hətta öyrənilməsinin vacib olduğunu vurğulayır. Əgər haqqında tez-tez eşitdiyinin o mükəmməl rəhbər qədər yaxşı ola bilməyəcəyiniz düşünürsünüzsə bu kitabı diqqətlə oxumalı və tətbiq etməlisiniz.
4. Biznes dünyasının macəraları - kitab XX əsrin mühüm iqtisadi, işgüzar epizodları və maliyyə siyasəti haqqında bütöv təsəvvür yaradır. Burada Amerika biznesinin tarixində baş verən və nəticələri bu gün də açıq-aşkar hiss olunan əsas hadisələr öz əksini tapır. Kitab düşünülmüş korrupsiyalar və maliyyə dünyasının dəyişkən xarakterindən bəhs edən 12 klassik bölmədən ibarətdir. Bu bölmələrin hər birində nümunəvi bir şirkətin necə uğur əldə etməsi və yaxud iqtisadi böhran zamanı özünü necə aparması təsvir olunur.
Kitab öz biznesinin idarəetməsini gücləndirmək istəyən biznesmenlər, eyni zamanda yeni biznes qurmağa hazırlaşanlar üçün faydalı məlumatlar ilə zəngindir. Bu kitab oxuculara konkret məlumatlarla və real şəxslərin, şirkətlərin nümunəsində necə uğur qazanmağı və problemləri həll etməyi öyrədir.
5. Bənövşəyi inək - Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj verir. Qeyri-adi ol. “Bənövşəyi İnək” iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiper-qarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır, – bənövşəyi inək kimi bir fenomen.
Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mütəxəssisləri, reklamçılar, sahibkarlar, istehsal menecerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb. Set Qodin innovasiya vasitəsilə brendinizin “xariqüladələşməsi” üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.
Əlbəttə biznes kitablarını oxumaq müasir işgüzar insan üçün vacib məsələdir. Readit.az bu və və əlavə 10 möhtəşəm kitabı bir kitabda – DAHA AĞILLI OL! kitabında oxuculara təqdim edir. Oxucusunun 70%-dən çoxu top menecer, biznes sahibi olan bu kitabı www.readit.az saytından sifariş verə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
52 d. əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
2 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
3 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
3 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)





.jpg)








