Asiya İnkişaf Bankı manat istiqrazların buraxılması ilə bağlı danışıqlara başlayır
Aprelin 14-də Asiya İnkişaf Bankı xəzinədarlığının nümayəndə heyəti manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi mexanizmini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Maliyyə bazarındakı mənbəyə istinadən verilən xəbərə görə, bu istiqamətdə atılacaq addımlarla bağlı müzakirələr bu ayın 15-də aparılacaq.
“Azərbaycanın hökümət dairələrində manat istiqrazlarının buraxılışını ilə bağlı razılıq var”, – deyə mənbə qeyd edib.
Sözügedən istiqrazlar özəl sektoru üçün sərmayə qoyuluşunu dəstəkləyəcək alternativ maliyyə mənbəyi kimi çıxış edəcək. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ADB nümayəndələri arasında keçirilən bir sıra görüşlərdə kiçik və orta biznesin inkişaf fondlarının və biznes klasterlərinin əməkdaşlıq imkanları müzakirə olunaraq özəl sektorun inkişafı sahəsində ADB ilə əməkdaşlığın zərurəti vurğulanıb, əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Biznes üçün maliyyə əldə etmək imkanlarını asanlaşdırmaq üçün ADB Bakı ofisinə özəl sektorla əməliyyatların inkişafı sahəsində təcrübəli mütəxəssis göndəriləcək. İndiyədək bu məsələnin müzakirəsi üçün Azərbaycana ADB qərargahından, yaxud Gürcüstan ofisindən missiyalar səfər edirdilər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© “Report”
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
1 saat əvvəl
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşad Nəbiyev Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb
Martın 7-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq
BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb























