“Malyutka-2” uşaq qidaları "təmiz" çıxdı - EKSPERTİZA NƏTİCƏLƏRİ AÇIQLANDI
“Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən "Marja"ya daxil olmuş məlumata görə, aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.
“Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.
Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.
"Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmamışdır.
Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.
İstehlakçılardan oxşar hallarla qarşılaşdıqları zaman Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur",- məlumatda deyilir.
Xəbər verdiyimiz kimi, Aprelin 4-də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq zərərli uşaq qidası ilə bağlı birgə məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
"Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur",- məlumatda deyilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
























