"AccessBank"ın rəhbərliyində yeni təyinatlar - BAŞ DİREKTOR VƏZİFƏSİ YARADILIB
AccessBank yeni struktur dəyişikliyini elan edib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Elşən Pirmalıyev və Natia Beria baş direktor vəzifəsinə təyin olunublar. Elşən Pirmalıyev bu vaxtadək Biznes və Pərakəndə Müştərilər üzrə İcraçı Direktor vəzifəsini tutub. Natia Beria isə AccessBank komandasına Baş bankir kimi fəaliyyət göstərdiyi Inspiring Development GmbH şirkətindən qoşulub.
Qeyd edək ki, bunadək AccessBank-da baş direktor vəzifəsi olmayıb.
Bununla yanaşı, Vaqif Babayev Kiçik və Orta Biznes müştəriləri, Günay Cəlilova Korporativ Bankçılıq və Marketinq, Fəridə Pirverdiyeva Maliyyə və Beynəlxalq əlaqələr, Səbuhi Süleymanlı isə Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası üzrə icraçı direktor təyin olunublar. Bu təyinatadək Vaqif Babayev və Səbuhi Süleymanlı eyniadlı departamentlərin direktoru vəzifələrində çalışıblar.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Yeni vəzifədə Günay Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərinə, həmçinin Müştərilərlə əlaqə mərkəzinə kurasiya edəcək. Fəridə Pirverdiyevanın nəzarətində isə beynəlxalq əlaqələr, maliyyə hesabatlılığı və xəzinədarlıq kimi istiqamətlər olacaq.
Beləliklə, risk idarəçiliyi və tədqiqatlar istiqamətini kurasiya edən Nizami Qədirov və maliyyə nəzarəti bloku üzrə məsul olan Elşən Hacıyevlə birlikdə bankdakı icraçı direktorların sayı altıya yüksəlib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
























