"Azərbaycanda infrastrukturda yenə də kritik çatışmazlıqlar müşahidə olunur"
Asiya İnkişaf Bankı (AİB) “Asiyanın İnkişafına Nəzər Hesabatı 2019”u dərc edib.
“Marja” xəbər verir ki, Hesabatın Azərbaycan Üzrə Fəslində bildirilir ki,infrastrukturun təkmilləşdirilməsi Azərbaycanın neft sərvəti böyük həcmli sosial-iqtisadi inkişafa təkan vermişdir. Sürətli iqtisadi artıma imkan yaratmaqla yanaşı karbohidrogen gəlirləri neft sənayesindən həddən artıq güclü asılacağı olan bir iqtisadiyyatın yaranmasına gətirib çıxarıblar. İqtisadiyyatın şaxələndirilməsi məqsədi ilə hökumət, ARDNF transfertləri də daxil olmaqla, karbohidrogen gəlirlərinin böyük hissəsindən Sovet ittifaqı erasından miras qalmış infrastrukturun yenidən qurulması və müasirləşdirilməsi məqsədi ilə istifadə etmişdir. 2003-cü ildə 2017-ci ilədək dövlət infrastrukturuna (neft və qaz istisna olmaqla) investisiyalar qeyri-neft ÜDM-in orta hesabla 6.6% ekvivalenti səviyyəsində olmuşdur. Bu infrastrukturun saxlanılması və genişləndirilməsi davamlı bir çağırışdır. Əsaslı kapital qoyuluşlar bu günədək əsas etibarilə avtomobil və dəmiryol şəbəkələrinin, limanların və eleketrik stansiyaların yenidən qurulması və genişləndirilməsinə yönəldilirdi. İnvestisiyaların böyük hissəsi Azərbaycanın iri tranzit-ticarət qovşağına çevrilməsi məqsədi ilə ölkənin şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsinə yönəldilmişdir.
Hesabatda bildirilir ki, yaxşı nəqliyyat və elektrik təchizat şəbəkələrinin yaradılmasına, habelə digər xidmət şəbəkələrinə irimiqyaslı investisiya qoyuluşlarına baxmayaraq, infrastrukturda yenə də kritik çatışmazlıqlar müşahidə olunur. Digər məsələlərlə yanaşı, kənd təsərrüfatı, dəmiryol nəqliyyatı, turizm və informasiya texnologiyaları sahələrində infrastrukturun əvəz edilməsi və müasirləşdirilməsinə investisiyalar tələb olunur. Hökumətin hesablamalarına əsasən, bu məqsədlər üçün 2017-2020-ci illər ərzində təxminən 7 milyard dollar və ya ÜDM-in 4.7% həcmində investisiya tələb olunacaqdır.
“Nəzərə alararaq ki, dövlət müəssisələrinin maliyyə imkanları məhduddur, habelə özəl sektor infrastrukturun maliyyələşdirilməsi və istismarında kiçik bir rol oynayır bu xərclərin əksər hissəsi dövlət büdcəsinin üzərinə düşəcəkdir. Halbuki, dövlət investisiyaları, bir qayda olaraq, neft-qaz gəlirləri ilə şərtləndirilir. Neft qiymətləri endikdə, mərkəzi büdcənin əsaslı xərcləri 2015-ci ildəki ÜDM-in 12 faizindən 2016-cı ildə 7 faizədək düşmüşdür. 2017-ci ildə əsaslı xərclərin ÜDM-də xüsusi çəkisi təxminən 7 faiz səviyyəsində qalmış, lakin ARDNF-dən transfertlərin kəskin surətdə artması nəticəsində 2018-ci ildə 11% faizədək artmışdır (Şəkil 3.2.10). Mövcud aktivlərin uzun-müddətli dayanıqlığı narahatlıq üçün bir səbəbdir, kommunal xidmətləri üçün hökumət tərəfindən müəyyənləşdirilən tariflər isə əməliyyat xərclərinin ödənilməsini təmin etmək üçün dürüstləşdirilməlidir.
Hökumət təklif olunan ayrı-ayrı layihələrin iqtisadi-maliyyə davamlılığını qiymətləndirmək, layihələrin icrası ilə bağlı madditexniki bazanı gücləndirmək, layihələrin monitorinq və qiymətləndirilməsini təkmilləşdirmək, habelə layihələrin nəticələrinin qiymətləndirilməsi üçün bir çərçivə qəbul etmək üçün dövlət investisiyaların səmərəli idarə edilməsi sistemini yaratmalıdır. Hökumət, infrastruktur inşa edildikdən sonra onun saxlanılmasına zəruri vəsaitin ayrılacağını təmin etmək məqsədi ilə orta-müddətli xərclər çərçivəsini qəbul edib. Lakin, infrastrukturun istismarı ilə saxlanılması üçün resursların vaxtı-vaxtında ayrılmasını təmin etmək üçün bu çərçivə ilə investisiya proqramı arasında müvafiq əlaqənin qurulmasına zəruri diqqət yetirilməlidir”.
Hesabatda qeyd edilib ki, dövlət infrastrukturuna özəl investisiyaları cəlb etmək məqsədi ilə Milli Məclis tərəfindən 2016-cı ildə “tik-idarə et-təhvil ver” modeli əsasənda infrastruktur investisiya layihələrinin xüsusi maliyyələşdirilməsinə dair qanun qəbul edilmişdir. Bu model çərivəsində özəl müəssisələr infrastruktur layihələrini həyata keçirir, investisiyalarını qaytarmaq üçün müəyyən dövr ərzində onları idarə edir, sonra isə hökumətə təhvil verirlər. Özəl mənbələrdən maliyyələşdirmə və idarəetmə üçün real layihələrin inkişaf etdirilməsi üçün adekvat normativ-hüquqi bazanın, habelə müvafiq bacarıqların inkişaf etdirilməsinə ehtiyac yenə də duyulur. Dövlət hesabına infrastruktur layihələrinin maliyyələşdirilməsi dominantlıq təşkil etməklə yanaşı, müəyyən sahələrdə özəl sektorun iştirakı xidmətlərin göstərilməsinin səmərəlilik və keyfiyyətini gücləndirməyə imkan verəcəkdir.
İnfrastrukturun saxlanılması üçün bacarıqların da gücləndirilməsi labüddür. İnfrastrukturun genişləndirilməsi və yeni texnologiyalara yiyələnmə ilə əlaqədar daha təkmil təlim mərkəzləri, tədris proqramı, üsulları və sertifikatlaşdırma proqramları tələb olunacaqdır. İştirak edən tərəflər, xüsusilə kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində, texnologiyalara yiyələnməli, keyfiyyət standartları və sertifikatlaşdırma tələblərinə riayət etməli olacaqlar. Bacarıqların gücləndirilməsi mövcud infrastrukturun saxlanılması ilə yanaşı yeni layiqli layihələrə investisiyaların cəlb edilməsində köməklik edə bilər.
Müştərilərin xəbərləri
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 14 d. əvvəl
- 20 d. əvvəl
- 32 d. əvvəl
-
37 d. əvvəl
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
-
44 d. əvvəl
İlk milli ictimai nəqliyyat ödəniş həlli olan CityCard qlobal sazişə imza atır.
-
1 saat əvvəl
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
-
1 saat əvvəl
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
Ən çox oxunanlar
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb







.jpg)






.jpg)




