Ət pambığa görə bahalaşır?

Qaş düzəldən yerdə göz çıxarmayaq
İndi bazar və dükanlarda 1 kiloqram mal əti 9, qoyun əti isə 10 manatdan baha satılır. Bir neçə ay bundan əvvəl, yəni, iyul-avqust aylarında isə həmin qiymətlər 6-7 manat civarında idi. Bu qiymət artımı, bir tərəfdən, qış aylarında heyvandarlıq məhsullarına tələbatın artmasından irəli gəlirsə, digər tərəfdən milli valyutamızın dəyərinin aşağı düşməsi nəticəsində yaranan bahalıqdan qaynaqlanır.
Amma ət kəsimi və satışı ilə məşğul olanlar bunun başqa səbəbinin olduğunu da deyirlər. Onlar əvvəlki aylar və illərlə müqayisədə indi diri heyvanı baha aldıqlarını, qazanc kimi hər kiloqramın üstünə 50 qəpik qoyduqlarını bildirirlər. Mal-qara saxlayanlar isə vəziyyəti yemin baha başa gəlməsi ilə izah edirlər. Həqiqətən, bu gün bazarda bir yonca bağlaması ən yaxşı halda 3 manata, bir kisə kəpək 4 manata, qüvvəli yem olan arpa yarmasının hər kiloqramı 30 qəpiyə satılır. Göründüyü kimi, hamı haqlıdır. Odur ki, ətin, kərə yağının, südün, yumurtanın qiymətində artım qaçılmaz olur. Üstəlik, hər ay ölkəyə yüz tonlarla ət və süd məhsulları idxal edilir. Dolların bahalaşması isə onların da qiymətini artırmışdır.
Heyvandarlıq ağır sahədir. Hələ sovet dövründə kolxoz və sovxozların qaramal ferması ziyanla işləyirdi. Dövlət əhalinin ət və süd məhsullarına tələbatını nəzərə alıb bu sahəyə əlavə vəsait yönəltməli olurdu. Kollektiv təsərrüfatların ləğvindən sonra isə kolxoz və sovxozların cins heyvanlarının bir hissəsi kəsilib satıldı, bir hissəsi də İrana daşındı. Mexanikləşdirilmiş tövlələr, zoobaytar məntəqələri, yem sexləri, senaj qüllələri, silos quyuları isə dağıdıldı, məhv edildi. Düzdür, sonralar şəxsi təsərrüfatlarda olan mal-qaranın, xüsusilə qoyunların sayı tədricən artmağa başladı. Ancaq nəyin bahasına? Bəzi yerlərdə adamlar öz pay torpaqlarını, oradakı meyvə bağlarını, çay plantasiyalarını örüşə çevirdilər. Bu isə torpağın məhvi demək idi.
Bu gün aqrar sektorda vəziyyət tamamilə fərqlidir. Kəndli torpaq vergisindən azaddır, hər hektara görə subsidiya, güzəştli qiymətlə mineral gübrə, kredit alır. “Aqroliznq” ASC-nin xətti ilə xarici ölkələrin istehsalı olan çoxlu sayda traktor, kombayn, maşın və mexanizmlər, cins inəklər alınıb gətirilərək uzunmüddətli kredit yolu ilə məhsul istehsalçılarına verilir. Bunlardan əlavə, torpaqların suvarılması ilə bağlı tədbirlər həyata keçirilir, vaxtilə yaxşı gəlir verən ənənəvi sahələr dirçəldilir. Bütün bunlar kəndlini torpağa daha sıx bağlayır.
Məlumdur ki, pambıq əkinçilikdə digər bitkilər üçün sələf hesab olunur. Növbəli əkin sistemində pambığın öz yeri var. Digər tərəfdən, pambıqçılığın inkişafı regionlarda yaşayan əhalini məşğulluğa cəlb etməklə bərabər, həm də ölkənin sənaye mərkəzlərində yaşayan adamlar üçün iş yerləri deməkdir. Ümumiyyətlə, pambıq səmərəli bitkidir. 1 hektardan 20 sentner, yəni, 2 ton xam pambıq əldə edildikdə ondan 4 min 800 metr parça, 172 kiloqram çiyid yağı, 452 kiloqram jmıx, 30 kiloqram paltar sabunu, 70 kiloqram pambıq lifi və s. almaq olur. O cümlədən, pambıqdan sənayenin müxtəlif sahələrində, hətta təyyarəqayırmada istifadə edilir. Təbii ki, bütün bunlar pambıqçılığa qayıtmaq üçün əsaslı səbəblərdir.
Bu il ölkə üzrə 100 min ton pambıq istehsal etmək proqnozlaşdırılıb. Düzdür, yaz və payızın yağmurlu keçməsi pambıqçıların işinə müəyyən ziyan vurmuşdur. Mütəxəssislərin dediyinə görə, sentyabr-oktyabr aylarında yağan aramsız yağışlar əkilən pambığın ən azı 7-8 faizini məhv etmişdir. Buna baxmayaraq, pambıqçılar sahədəki məhsulu son qozasınadək yığmağa çalışırlar. Dekabrın 12-nə olan son məlumata görə, artıq ölkədə 84,5 min ton pambıq istehsal olunmuşdur. Yığım davam etsə də, pambıqçılar eyni zamanda gələn ilin məhsulu üçün tədarük təşkilatları ilə müqavilə bağlayırlar. Deməli, nəzərdə tutulduğu kimi, həm gələn, həm də növbəti illər ərzində ölkədə pambıq istehsalı artacaq.
Amma bu zaman vacib bir şərtə əməl olunmalıdır, yəni, pambıq əkinlərinin artırılması kənd təsərrüfatının digər sahələrinə, xüsusən heyvandarlığa ziyan vurmamalıdır. Etiraf edək ki, cari mövsüm pambıqçılığın inkişafı ilə əlaqədar bəzi yerlərdə yonca və taxıl (arpa nəzərdə tutulur) əkinlərinin azalması, qoyunçuluq üçün ayrılmış qış otlaq sahələrinin bir hissəsinin şumlanması heyvandarlar arasında narazılığa səbəb olmuşdur. “İnəyin südü ağzındadır” - deyirlər. Kifayət qədər qaba və qüvvəli yem bazası olmadan bol ət, süd məhsullarından söhbət gedə bilməz. Odur ki, intensiv əkinçilik üsulu başlıca şərt kimi götürülməli, ilk növbədə məhsuldarlığın artırılması üçün tədbirlər görülməlidir.
Biləsuvar rayonunda Lətif Cəfərov cari ildə əkdiyi 26 hektar sahədən 147 ton yüksək keyfiyyətli pambıq götürmüşdür. Bu da hər hektardan 56,5 sentnerdən çox məhsul deməkdir. Deməli, pambıqçılıqla məşğul olan hər bir fermer, torpaq mülkiyyətçisi əkin sahələrini genişləndirmək əvəzinə, mövcud əkin torpağına nümunəvi qulluq edib məhsuldarlığı artırmaqla da məqsədinə nail ola bilər. Əks halda, qaş düzəldən yerdə vurub göz çıxara bilərik. Axı, bu gün heyvandarlıq ölkəmiz üçün heç də pambıqçılıqdan az əhəmiyyətli sahə deyil. Bunu pambıqçılardan savayı, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, yerli icra orqanları da unutmamalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
