“AccessBank”ın yeni səhmdarlarının adları və payları açıqlandı
"AccessBank" beynəlxalq maliyyə bazarlarının nüfuzlu oyunçularını səhmdarları sırasına cəlb etməklə Azərbaycanın bank sektorunda tarix yazdı. Bank nizamnamə kapitalının artırılmasının başa çatdığını elan etdi.
“AccessBank”da əmanəti və hesabı olanlar gecələr rahat yata bilərlər. Bu gün Bankın yenidən kapitallaşmasının yekunlaşdığı elan edildi. Bankın nizamanamə kapitalı 184 milyon manat artaraq 258 milyon manata çatdırılıb.
Xəbər verdiyimiz kimi, 15 Noyabr 2018-ci il tarixində bir qrup investorlar arasında bankın kapitallaşması ilə bağlı saziş imzalanmışdı. Sazişin “AccessBank”a 184 milyon manat məbləğində sərmayənin yatırılmasını nəzərdə tutduğu, bu vəsaitdən 118,5 milyon manatının Bankın nizamnamə kapitalının artırılmasına yönəldiləcəyi və bunun nəticəsində səhmdar kapitalın 258 milyon manata çatacağı açıqlanmışdı.
“Marja”nın məlumatına görə, bu gün Bakıda keçirilən tədbirdə Bankın yeni səhmdarlarının adları və payları açıqlanıb. “AccessBank”ın səhmdarlarının sayı 6-dan 13-ə yüksəlib.
"AccessBank"ın indiyədək səhmdarları və payları aşağıdakı şəkildə idi:
1. Qara Dəniz Ticarət və İnkişaf Bankı - 20%
2.Avropa Yenidənqurma və İnkişaf Bankı - 20%
3.Beynəlxalq Maliyyə Korporasiyası - 20%
4. KfW İnkişaf Bank - 20%
5. Access Microfinance Holding AG - 16,53%
6. LFS Financial Systems GmbH - 3,47%
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"AccessBank" səhmdarlarının yeni tərkibində Avropa Yenidənqurma və İnkişaf Bankının, "Access Microfinance Holding AG"nin və KfW İnkişaf Bankının adları yoxdur.
"AccessBank" səhmdarlarının yeni tərkibi:
Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:
- Asiya İnkişaf Bankı - 19.90%;
- Avropa İnvestisiya Bankı - 17.39%;
- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;
- responsAbility tərəfindən odarə edilən investisiya fondları:
- responsAbility SICAV (Lux) - 2.91%
- responsAbility Management Company S.A. - 7.11%
- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;
- Avstriya İnkişaf Bankı - 9.17%;
- SIFEM AG - 8.89%;
- EFSE - 2.78%
- Symbiotics SICAV (Lux.) - 2.27%
- GGF - 1.77%
- LFS Advisory GmbH - 1.27%
- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%
Tədbirdə "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov Bankın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib.
Həsənov bildirib: "2018-ci ilin noyabrın 15-də bank, mövcud səhmdarlar və kreditorlar arasında AccessBank-ın kapital mövqeyinin gücləndirilməsinə dair saziş imzalanıb. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində Bankın kapitalının 118.5 mln. manat məbləğində artırılması, o cümlədən yeni səhmlərin emissiyası və mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşüdürülməsi 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb".
Anar Həsənovun sözlərinə görə, 118.5 milyonmanat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 milyon manata çatıb:
"Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq", - deyə sədr vurğulayıb.
Nizamnamə kapitalının 258 milyon manata yüksəlməsi nəticəsində Bankın məcmu kapitalı minimal tələb olan 50 milyon manatı aşaraq 70 milyon manat civarına yüksələcəkdir.
Cənab Həsənov qeyd edib ki, Bankın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda məlumat veriləcək.
"ACCESSBANK YENİ SƏHMDARLARIN PEYDA OLMASI İLƏ GÜCLƏNİR"
Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib: "AccessBank yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir".
İnvestorlarla danışıq prosesində 4 illik strateji inkişaf planının hazırlandığını bildirən cənab Həsənov bildirib ki, plana əsasən, AccessBank kredit portfelini aktiv şəkildə böyütməyi, o cümlədən gəlirlilik səviyyəsini daha da artırmağı planlaşdırır: "Sözsüz ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək".
Bununla yanaşı, cənab Həsənov qeyd edib ki, bankın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək.
Avropa Yenidənqurma və İnkişaf Bankının, KfW və Access Microfinance Holding AG-nin səhmlərinin LFS Advisory GmbH tərəfindən alındığını bildirən sədr həmin maliyyə təşkilatlarına 15 il ərzində banka göstərdiyi dəyərli dəstəyə görə təşəkkür edib.
Asiya İnkişaf Bankının nümayəndəsi Corc Rubli (George Rublee): "Asiya İnkişaf Bankının kapitallaşma prosesində göstərdiyi səylərlə biz bir daha AİB-in səhmdarı olan Azərbaycan hökuməti ilə razılaşdırdığımız prioritetlərə sadiq qaldığımızı nümayiş etdirdik. AİB inklüziv inkişafın katalizatoru olan ölkənin maliyyə sektorunun dinamik və dayanıqlı şəkildə böyüməsini dəstəkləyir. AccessBank makroiqtisadiyyatda mühüm rol oynayan əhalinin əsas hissəsinə xidmət göstərir və bundan sonra da ölkə iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz qiymətli töhfəsini verməkdə davam edəcək. Biz AccessBank-ın uğurlarının davamlı olması üçün tərəfdaşlarımızla əməkdaşlığa hazırıq".
Avropa İnvestisiya Bankının nümayəndəsi Yitka Bures (Jitka Bures): «Avropa İnvestisiya Bankının AccessBank-ın rekapitalizasiyası prosesində iştirakı kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışın təmin olunması ilə bağlı strategiyamıza uyğundur. Kiçik və orta sahibkarlıq subyektləri istənilən iqtisadiyyatın dayağı hesab olunmaqla əhalinin əsas hissəsinin işlə təmin olunmasına səbəb olur. Ümid edirik ki, AccessBank öz biznesini inkişaf etdirməyə və Azərbaycan əhalisinin həyatına müsbət təsir etməyə davam edəcək".
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Cerri Vu (Jerry Wu): "Təsisçi səhmdarlardan biri olaraq, IFC AccessBank-ın missiyasına sadiq qalır. Ölkədə sosial-iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına töhfə vermək məqsədilə Bankın inkişafının yeni mərhələsini və kiçik biznesin maliyyələşməsinin artırılmasını dəstəkləmək üçün yeni səhmdarlarla əməkdaşlığa ümid edirik".
responsAbility-nin nümayəndəsi Oleq İvaniyçuk (Oleg Ivaniychuk): "responsAbility ötən müddət ərzində AccessBank-ı həm kreditor, həm də kapitallaşma prosesində etibarlı tərəfdaş olaraq aktiv şəkildə dəstəkləyib və gələcəkdə də bir səhmdar kimi dəstəyini nümayiş etdirəcək. Biz kapitallaşma prosesində digər kreditorların, səhmdarların və MBNP-nin iştirakını, habelə bankın komandasının fədakarlığını yüksək qiymətləndiririk. Artıq biz bankın inkişafında yeni mərhələyə qədəm qoyuruq və AccessBank-ın daha güclü, effektiv və innovativ olması istiqamətində dəstəyimizi əsirgəməyəcəyik".
Qeyd edək ki, yeni səhmdar strukturunun formalaşmasındakı əməliyyatlar üzrə "AccessBank" "İnvestAZ" İnvestisiya Şirkəti ilə əməkdaşlıq etmişdir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
5 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO






















