“Unibank”dan problemli kreditlərlə bağlı fərmana münasibət
“Unibank” KB İdarə Heyəti sədrinin 1-ci müavini Asəf Hüseynov, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına münasibət bildirib.
"Marja" xəbər verir ki, Asəf Hüseynov bildirib ki, Fərman banklar üçün çox vacib əhəmiyyət daşıyır və fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində bankların kapital mövqeyi xeyli gücləncək:
“Banklar problemli kreditlərlə bağlı kifayət qədər kapital ehtiyatları yaradırlar. Bu onların kapitallarının aşağı düşməsinə səbəb olur. Kapitalın aşağı düşməsi isə iqtisadiyyatın kreditləşməsinin həyata keçirilməsini məhdudlaşdırır. Problemli kreditlərin ödənişlərinin həyata keçirilməsi və restrukturizasiya proqramı bankın kapital mövqeyinin kifayət qədər möhkəmləndirilməsinə səbəb olacaq. Bunun nəticəsində və eyni zamanda proqram çərçivəsində banklara verilən maliyyə dəstəyi, bankların aktiv kreditləşmə həyata keçirməsinə imkan yaradacaq. Belə ki, problemli kreditlər üzrə ödəniş nəticəsində bank sistemində hər 100 milyon manat kapital artımı əlavə 1 milyard manat kredit vermə imkanı yaradır. Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın kreditləşməsinin daha da artırılması tövsiyyə olunur. Dövlətin dəstəyi bankların bu sahədə fəaliyyətlərini daha da genişləndirməsinə imkan yaradacaq.
İkinci və əsas məsələlərdən biri odur ki, bankların bu gün kifayət qədər əməliyyat xərcləri var. Problemli kreditlərin təmin edilməsi ilə bağlı banklar kifayət qədər resurs xərcləyirlər. Bura İT resursları, digər xərclər, əmək haqqı və s. daxildir. Deyə bilərəm ki, bank işçilərinin 10-15%-i problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır. Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə azaltmasına imkan verəcək və nəticədə əməliyyat mənfəəti artacaq.
Üçüncü və ən vacib məsələlərdən biri, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsində banklar haqda müştərilərdə yaranan neqativ auranın aradan qalxmasıdır. Çünki kifayət qədər problemli kredit, insanların əmək haqqlarından tutulan məbləğlər, bir sıra məcburi tədbirlərin görülməsi müştəri kommunikasiyasına bir qədər neqativ fon gətirmişdi. Bu problemlərin Cənab Prezidentin verdiyi fərmanla aradan qaldırılması, bank və müştəri münasibətlərini başqa bir formata qaytaracaq. Bu da biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcəkdir. Kompleks baxdıqda, qeyd etdiyim neqativ aura, həm əməliyat xərcləri, həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün likvidlik dəstəyi- yəni bu kömək paketi bütöv iqtisadiyatı əhatə etmiş olur və real iqtisadiyyata kifayət qədər dəstəyə imkan yaradacaq”.
Müştərilərin xəbərləri
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 31 d. əvvəl
-
- 47 d. əvvəl
-
51 d. əvvəl
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
-
1 saat əvvəl
Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
-
8 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Neft qiymətləri aşağı düşür
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Tramp: İndi mən Venesuelanı sevirəm
Ən çox oxunanlar
İlham Əliyev Davosda panel iclasında iştirak edib
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
























