Azərbaycanda mənzillərin qiymətini internetlə öyrənmək imkanı yaradılıb
Hər kəs müxtəlif ərazilər üzrə mənzil qiymətlərini elektron formada öyrənə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” adlı xidmət ilə evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkündür.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, sadə və rahat formada istifadə imkanı vətəndaşların əlavə ünvanlara müraciət etmədən onlayn formada xidmətdən yararlanmasına şərait yaradır.
Mənzil qiymətləri ilə maraqlanan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 9-cu elektron xidmət olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər.
İstifadəçi xidmət pəncərəsində əmlakın yerləşdiyi region, qəsəbə və küçə adlarını qeyd etməlidir. Xidmət vasitəsilə mənzillərin fərqli vaxt aralığındakı bazar qiymətlərini də öyrənmək mümkündür. Müvafiq tarixlərin bölməyə daxil edilməsi ilə vətəndaş seçdiyi ərazi üzrə mənzillərin satış qiymətlərini ona lazım olan vaxt intervalına uyğun öyrənə bilər. Xidmətdən istifadə nəticəsində vətəndaş seçdiyi ünvandakı mənzillərin tikilmə illəri, satış tarixləri və müqavilə qiymətləri ilə bağlı məlumat əldə edir. Eyni zamanda müvafiq ünvan üzrə əldə olunan nəticələrdə evlərin sahəsi və otaq sayları barədə məlumat da mövcuddur.
Elektron xidmət alıcıların və ev sahiblərinin işini sadələşdirir. Belə ki, seçimlərə uyğun ərazidəki evlərin təqribi qiymətlərini öyrənmək üçün əlavə vaxt itirməyə ehtiyac qalmır. Mənzillərin bazar dəyərlərinin əvvəlcədən öyrənilməsi alqı-satqı zamanı vətəndaşın yanlış məlumatlandırılmasının eləcə də, yarana biləcək digər problemlərin qarşısını alır. Bu barədə məlumatlı vətəndaş şəxsi büdcəsini öncədən planlaşdırır, maliyyə resursuna uyğun mənzili rahatlıqla seçə bilir.
Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fiziki və hüquqi şəxslərə bütün növ daşınmaz əmlakların qiymətləndirilməsi xidmətləri də göstərilir. Bu sahədə işlər nüfuzlu beynəlxalq qiymətləndirmə təlimlərində iştirak etmiş və beynəlxalq sertifikatlara sahib peşəkar mütəxəssislər tərəfindən aparılır.
Qiymətləndirmə xidmətləri milli və beynəlxalq standartların tələbinə uyğun formada aparılır.
Xidmət göstərilməsində informasiya bazası Bazar Məlumatları Bankıdır. Bu baza bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlaklar barədə məlumatları özündə əks etdirir. Qiymətləndirmə xidmətlərindən istifadə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etmək kifayətdir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
15 d. əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 23 d. əvvəl
- 42 d. əvvəl
-
56 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
1 saat əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
1 saat əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
2 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Ən çox oxunanlar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?

























