Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur.
Belə ki, 10 il fəaliyyətdə olan mərkəz ölkədə sahibkarlıq mühitinin və rəqəmsal ekosistemin inkişafı üçün “Barama İnkubasiya Proqramına” start verir. Proqramın məqsədi gənc startapçılara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir. Layihədə uğur qazanan startaplar 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri, Sığorta Həlləri (İnsurtech), Səyahət və Turizm ( TravelTech), Proqram təminatı xidmət kimi (SaaS) layihələrinə daha çox üstünlük veriləcək.
Barama İnkubasiya Proqramına müraciət etmək üçün https://gate.barama.az/registration.php
linkinə daxil olaraq onlayn surətdə müraciət formasını doldurmaq tələb olunur. Müraciətlər 15 Mart, 2019-cu il tarixinə qədər qəbul ediləcək. Onlayn müraciəti tamamladıqdan sonra təqdim olunan layihə Barama heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun gələn komandalar seçimin ikinci mərhələsi olaraq biznes planları ilə birgə layihələrini əyani formada təqdim etmək üçün Mart ayı ərzində ofisə dəvət olunacaqlar. İkinci seçim mərhələsini də uğurla keçmiş komandaların adları açıqlandıqdan sonra həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. Layihə haqqında daha ətraflı məlumatı www.barama.az saytından əldə etmək olar.
Mərkəz yarandığı vaxtdan etibarən startaplara dəstək olmuş, Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra böyük tədbirlərə ev sahibliyi etmiş, müxtəlif layihələr həyata keçirmişdir. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 d. əvvəl
- 16 d. əvvəl
-
- 18 d. əvvəl
-
22 d. əvvəl
Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb
-
1 saat əvvəl
Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları
-
1 saat əvvəl
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
-
1 saat əvvəl
30 yaşına qədər olan 35 milyarder - 12-si sərvətini öz gücü ilə qazanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
-
1 saat əvvəl
“Azexport” 5000-dən artıq üzvü olan “Shinseikai” platforması ilə anlaşdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İranın kəşfiyyat naziri də öldürüldü
"ABŞ və Avropanın Ukraynada etdiklərini Rusiya İranda edir"
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları
Bayram günlərində işləyəcək banklar - SİYAHI
Ən çox oxunanlar
Azercell-dən xüsusi “OPPO” kampaniyası!
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
Neftdə 500 milyard dollarlıq risk barədə xəbərdarlıq
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
Martın 19-da gözlənilən hava şəraiti





















