Azercell nüfuzlu “Oracle Innovation Award” ilə təltif edildi
“Azercell Telecom” MMC 8 fevral tarixində Bakı şəhərində keçirilən “Oracle Cloud Day” illik konfransı çərçivəsində nüfuzlu “Oracle Innovation Award” (“Oracle İnnovasiya Mükafatı”) ilə təltif edilib.
Qeyd edilən mükafat “Oracle Excellence Awards” (“Oracle Mükəmməllik Mükafatı”) qlobal programının bir hissəsidir. Namizədlər layihənin unikallığı, biznes üçün innovasiyanın üstünlüyü, şirkətin ölçüsünə nəzərən həllin miqyasının müqayisəsi, onun çətinliyi və mürəkkəbliyi, arxitekturanın orijinallığı kimi meyarlar üzrə dəyərləndiriliblər. Qeyd edək ki, Azercell Azərbaycanda İT sahəsinə etdiyi töhfəyə görə bu mükafata layiq görülüb. “Oracle Innovation Award” qabaqcıl həllər, texnologiyalar və Oracle bulud xidmətləri vasitəsilə çevikliyin artırılması, xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi, İT infrastrukturunun sadələşdirilməsi sayəsində nəzərəçarpan biznes nəticələri əldə edən və dəyişikliyə nail olan şirkətlərə təqdim olunur. Qaliblər onlarla şirkətlərin sırasından seçilir.
Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti sayəsində Azercell biznes sahəsində nüfuzlu “Stevie” mükafatı çərçivəsində “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” və “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatı üzrə telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” adına layiq görüldü. Həmçinin ötən il “Azercell Telecom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)







