Mingəçevirin yeganə premium layihəsi məskunlaşmaya hazırdır
Azərbaycanın aparıcı developerlərindən olan “AS Group Investment” Şirkətlər qrupunun Mingəçevir şəhərində inşa etdiyi “Park Residence” premium yaşayış binasının sakinləri artıq öz mənzillərində təmir işlərinə başlayıblar.
Bu layihənin hər bir detalı, o cümlədən memarlıq üslubu, yerləşməsi, infrastrukturu, mənzillərin ölçüləri və planlaması premium standartların tələbləri əsasında reallaşdırılıb.
Premium standartın önəmli tələblərindən biri unikal memarlıq üslubudur. Xaricdə premium mənzil alıcılarının əksəriyyətinin üstünlük verdiyi neoklassik memarlıq üslubu və ağlayla üzlənən fasad “Park Residence”-in əzəmətini vurğulayır.
“Park Residence”-in Mingəçevir şəhərinin mərkəzində, İslamzadə və Füzuli küçələrinin kəsişməsində yerləşməsi sayəsində mənzillərdən Kür çayına, parka və şəhərə gözəl mənzərə açılır. Premium yaşayış binasının parkın mərkəzində, bulvardan cəmi 50 metr məsafədə yerləşməsi isə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün geniş imkanlar yaradır.
“Park Residence”-i Mingəçevir şəhərində tikilən digər layihələrdən fərqləndirən yalnız unikal memarlıq üslubu, mənzillərdən açılan gözəl mənzərə və əlverişli yerləşmə deyil. Premium yaşayış binası “bütün xidmətlər bir addımlıqda” konsepsiyası əsasında inşa edilib. Bunun məntiqi nəticəsi olaraq, insanların rahatlığı üçün hər bir şərait yaradılıb. Binanın ilk iki mərtəbəsində kommersiya və sosial yönlü obyektlər yerləşəcək, yeraltı parkinq sakinlərin sərəncamına veriləcək.
Premium standartın daha bir tələbi geniş və hündür mənzillərdir. Axı mərkəzdə yerləşən, unikal memarlıq üslubuna və zəngin infrastruktura malik bir binanı seçən insan, mütləq geniş və tavanı hündür mənzildə yaşamaq istəyəcək. “Park Residence”-də bu istək də nəzərə alınıb. Mənzillərdə tavanın hündürlüyü 3,30 metr təşkil edir. 1-otaqlı mənzillərin sahəsi 61 m², 2-otaqlı: 96 m², 3-otaqlı 116-129 m²-dir. Sərbəst planlama sayəsində bu geniş mənzillərin interyerində istənilən arzunu reallaşdırmaq olar.
Premium yaşam standartlarını “Park Residence” sakinlərinə kifayət qədər sərfəli şərtlərlə təklif edir. Premium həyat tərzinə üstünlük verənlər, bu mənzilləri 2-illik faizsiz daxili kreditlə əldə edə bilərlər. Minimal ilkin ödəniş 20%-dir, mənzilin dəyərinin yerdə qalan hissəsi 24 aya bölünür. Mingəçevir şəhərinin daşınmaz əmlak bazarında bu səviyyəli layihənin olmadığını nəzərə alsaq, bu təklif xüsusilə cəlbedicidir. Odur ki, siz də bu şərtlərdən yararlanın, “Park Residence”-də yaşayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 33 d. əvvəl
-
- 34 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 43 d. əvvəl
-
47 d. əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 51 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
3 saat əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib























