"Bu il 8 yeni regional filialımızı açacağıq"
"Finca Azerbaijan" qeyri-bank təşkilatı inkişaf planlarını açıqlayıb.
"Marja"nın məlumatına görə, bu gün keçirilmiş mətbuat konfransında "Finca Azerbaijan"ın ölkə üzrə direktoru Timoti Tarrant bildirib ki, 2019-cu ildə 8 yeni regional filialın açılması planlaşdırılır.
Timoti Tarrat əlavə edib ki, artıq dünən Ağsuda yeni filial istifadəyə verilib.
Yeni mərhələdə “Finca Azerbaijan” əsasən kənd əhalisinə və kənd təsərrüfatına fokuslanacaqdır.
Hazırda “Finca Azerbaijan” Baş ofisi və 5 filialı ilə fəaliyyət göstərir. Təşkilat 2014-cü ilin sonunda 65 filiala malik idi.
“2019-da kredit portfelimizi 39 milyon manata qaldırmağa planlaşdırırıq”
Timoti Tarrant bildirib ki, hazırda "Finca Azerbaijan" 8-9 milyon manat civarında kredit portfelinə malikdir.
“Biz 2019-cu ilin sonunadək kredit portfelini 38-39 milyon manata qaldırmağı planlaşdırırıq. Biz həm səhmdardan daxil olan vəsait, həm də əməliyyatlardan əldə etdiyimiz gəlir hesabına nəzərdə tutduğumuz kreditləşməni aparmaq üçün kifayət qədər vəsaitə malikik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
2 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
2 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
6 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
8 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























