2 saylı Ərazi Vergilər Departamentinin fəaliyyəti yoxlanılıb
Hesablama Palatası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində nöqsanlar aşkarlayıb.
“Marja" bu barədə nəzarət əhatəsinə Sumqayıt şəhəri, Abşeron, Xızı və Siyəzən rayonları daxil olan Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində 2017-ci il və 2018-ci ilin I rübü üzrə vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın vəziyyətinə dair Hesablama Palatasının həyata keçirdiyi auditin nəticələrinə istinadən xəbər verir.
Departamentin hesabatlarına əsasən vergi ödəyiciləri tərəfindən könüllü bəyan edilən vergi məbləğinin hesablanmalı olan ümumi vergi məbləğinin tərkibində xüsusi çəkisi 2017-ci il üzrə 43,4%, 2018-ci ilin I rübü üzrə 61,3% olub ki, bu da könüllü bəyanetmənin hələ də aşağı səviyyədə olmasının göstəricisidir.
Auditlə Departament üzrə proqnozun və yığımın tərkibində mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin payının artması, bəzi proqnozların real mənbələrə əsaslanmadan təsdiq edilməsi və dövlət büdcəsinə daxil olan vəsaitlərin real təyinatlar üzrə uçota alınmaması, potensial mövcud olan proqnozların isə ayrı-ayrı tədiyyə növləri və regionlar səviyyəsində kəsirlərlə yığılması, eyni zamanda proqnozların icrasına yerli mənbələrə aid edilməyən ödənişlərin də aid edilməsi halları aşkar olunub.
Proqnozların və yığım göstəcirilərinin fiziki şəxslərin gəlir vergisi, torpaq vergisi, əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət və əmlak vergiləri, eləcə də sadələşdirilmiş vergi üzrə real potensiala uyğun artırılması üçün vergi öhdəliklərinin müəyyənləşdirilməsinə mənfi təsir göstərən amillər əsasən vergi inzibatçılığındakı çatışmazlıqlarla əlaqədar olub, auditin gedişatında vergi orqanının elektron informasiya bazalarındakı məlumatlar üzrə əhəmiyyətli risk meyarları tətbiq olunmaqla vəziyyəti aktiv olan vergi ödəyicilərinin təxminən 20%-də vergi inzibatçılığı çərçivəsində vaxtında müvafiq tədbirlər görülməyən vergidən yayınma, vergi uçotunun pozulması, əsassız artıq ödəmə məbləğləri və ya faktiki mövcud olan əmlakların vaxtında vergi uçotuna alınmadığından borcların bağlanması üçün siyahıya alınmasının mümkün olmaması kimi müxtəlif məzmunlu uyğunsuzluqlar müəyyən edilib.
Audit tapıntıları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərdən tam istifadə etməməklə hesablaşmaların nağdsız qaydada aparılması, aksizli malların istehsalı, vergi bəyannamələrinə əlavələrin tərtib edilməsi, eyni zamanda idxal-ixrac əməliyyatlarının və sahibkarlıq məqsədilə alınmış kreditlərin vergi uçotunda əks etdirilməsi üzərində də vergi inzibatçılığının zəif təşkil olunmasını göstərib.
Səyyar vergi yoxlamalarının, operativ vergi nəzarəti tədbirlərinin, o cümlədən xronometraj metodu ilə müşahidələrin rəsmiləşdirilməsi prosesində vergi ödəyicilərinin real gəlirlərinin müəyyənləşdirilməsinə mənfi təsir edən kənarlaşma hallarına yol verilməsi isə həmin yoxlamaların səmərəliliyinə əsaslı şübhələr yaradıb.
Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə Vergilər Nazirliyinə və 2 saylı Ərazi Vergilər Departamentinə Kollegiya Qərarının surəti göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
51 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























