Tanınmış broyler əmlakını 2 banka girov qoydu
12 mart 2019-cu il saat 10.30-da “Siyəzən Broyler” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
“Marja” “Siyəzən Broyler” ASC –nin elanlına istinadən xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Siyəzən Broyler” ASC-nin illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.
2.“Siyəzən Broyler” ASC-nin dövriyyə vəsaitlərinin artırılması, “Bank Avrasiya” ASC və ASC “Xalq” Bankında olan mövcud borc öhdəliklərinin bağlanması məqsədilə ASC “Xalq” Bankı ilə “Siyəzən Broyler” ASC arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 100409971156518 saylı kredit müqaviləsi və 28 dekabr 2018-ci il tarixli 100309971166218 saylı kredit xətti müqaviləsi üzrə kreditlərin verilməsi faktının təsdiq edilməsi.
3. “Siyəzən Broyler” ASC tərəfindən götürülən və yuxarıda qeyd edilən kreditlərin təminatı kimi “Siyəzən Broyler” ASC-nin mülkiyyətində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən 279.0132 hektar torpaq sahəsinin 28 ədəd çıxarışının və Siyəzən rayonunda yerləşən, ümumi sahəsi 250 937.3 kvadrat metrlik əmlak kompleksi kimi müəssisənin müvafiq olaraq ipoteka və sonrakı ipoteka qoyulması faktının təsdiq edilməsi.
4. Müvafiq hüquqi şəxslərin ASC “Xalq” Bankdan götürəcəyi kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edəcək “Siyəzən Broyler” ASC-nin yuxarıda göstərilmiş əmlaklarının sonrakı ipoteka ilə yüklü edilməsi və avadanlıqlarının (qurğularının) girov qoyulması barədə “Siyəzən Broyler” ASC-nin müşahidə şurasının 20 dekabr 2018-ci il tarixli qərarının bəyənilməsi.
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın materialları ilə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər. Ünvan – AZ5300. Siyəzən şəhəri, “Siyəzən Broyler” ASC-nin inzibati binası. Əlaqə telefonları – 0233040555, 050-273- 83-03.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























