Azərbaycanda dini turizm
Azərbaycana ilk dəfə gələn əcnəbi turistlərin çoxu tez-tez özlərinə belə sual verirlər - burada, məsələn, xristianlara, yəhudilərə və ya katoliklərə necə münasibət bəsləyirlər? Müsəlman məscidlərindən başqa digər dini konfessiyaların məbədləri varmı?
Dostluq və tolerantlıq etalonu
Sizi inandıra bilərik ki, azərbaycanlılar istisnasız olaraq bütün möminlərə hörmətlə yanaşır, onlara anlayış göstərirlər, ölkəmizdə müxtəlif etnoslar arasında dini zəmində ixtilaflar heç vaxt olmayıb.
Azərbaycan əsrlər boyu üç konfessiyanın – islam, yəhudi və xristian dinlərinin nümayəndələrinin dinc yanaşı yaşadığı ölkədir. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə xeyli dini memarlıq kompleksi, o cümlədən yüksək tarixi dəyəri olan abidələr yerləşir.
Onların arasında həqiqətən unikal olanları var. Məsələn, Naxçıvan şəhərinin 12 kilometrliyində yerləşən “Əshabi-Kəhf” dini-mədəni abidələr kompleksidir. Deyilənə görə, Müqəddəs Qurani-Kərimin “Əl-Kəhf” (“Mağara”) surəsində gənclərin və onların itinin 300 ildən çox mağarada yatması barədə əhvalat məhz burada vaqe olub.
Şamaxıda təkcə Azərbaycanda deyil, həm də bütün Cənubi Qafqazda ən qədim (Dərbənd məscidindən sonra) və ən böyük məscidlərdən biri yerləşir. Burada 3 mindən çox adam eyni zamanda namaz qıla bilir. Bəzi mənbələrə görə, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidində Xəzər xaqanı islamı qəbul edib.
Bakıda Mixail Arxangel kilsəsini görmək olar. Bəzi mənbələrə görə, batan gəmidən xilas olmuş dənizçilər tərəfindən 1841-1849-cu illər arasında inşa edilmiş bu kilsə şəhərdə qorunub saxlanılmış ən qədim kilsədir. Paytaxtda Azərbaycan ərazisində yeganə katolik kilsəsi - Müqəddəs Məryəm Ana katolik kilsəsi yerləşir. 2002-ci ilin mayında bu kilsənin təməlqoyma mərasimində Roma Papası II İohan Pavel iştirak edib.
Dağ yəhudilərinin dünyada ən böyük icmasının yaşadığı Qubadakı Qırmızı Qəsəbədə çoxsaylı tarixi sinaqoqlar bu günə qədər fəaliyyət göstərir.
Azərbaycanda öz dininə sərbəst şəkildə etiqad edən müxtəlif millətlərin nümayəndələrinin sıx yaşadığı başqa etnik qəsəbələr də var. İsmayıllı rayonundakı İvanovka kəndi belə yerlərdəndir. Burada ikonaları, müqəddəsləri, məbədləri, keşişləri və bütün kilsə iyerarxiyasını inkar edən xristian dini sektası – molokanlar yaşayır. Qəbələ rayonundakı Nic qəsəbəsində isə Qafqaz albanlarının birbaşa nəsilləri olan xristian udinlər (udilər) məskunlaşıb.
Dini memarlıq şedevrləri
Azərbaycanın müxtəlif konfessiyalara aid olan ən diqqətəlayiq dini abidələrini sizə təqdim edirik. Onların çoxunun böyük memarlıq və tarixi dəyəri var.
Məscidlər: Bakıda Məhəmməd və ya Sınıqqala məscidi, İçərişəhər (1078-1079-cu illər); Bakıda Aşur və ya Ləzgi məscidi, İçərişəhər (1169-cu il); Bakıda Cümə məscidi, İçərişəhər (XII əsr); Bakıda Bibiheybət məscidi (XIII əsr); Bakıda Əjdərbəy məscidi və ya Göy məscid (1912-1913-cü illər); Qubada Cümə məscidi (1802-ci il); Qubada Səkinə xanım məscidi (1840-1854-cü illər); Qubada ən böyük məscid - Hacı Cəfər məscidi (XIX əsr); Qusarda “Mahalın Tacı” məscidi (XIX əsr); Şəkidə Cümə məscidi (XIX əsr); Gəncədə Cümə məscidi və ya Şah Abbas məscidi (1606-cı il); Gəncədə İmamzadə, yaxud Göy imam türbəsi (XVII-XVIII əsrlər); Şamaxıda Cümə məscidi (743-cü il).
Kilsələr: Müqəddəs Mirodaşıyan Zövcələr Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi (1909-cu il); Mixail Arxangel kilsəsi (1841-1849-cu illər); Bakıda Alman kirxası (1899-cu il); Müqəddəs Məryəm Ana katolik kilsəsi (2002-ci il); Şəki rayonunun Kiş kəndində Alban kilsəsi (I əsr); Qəbələ rayonunun Nic qəsəbəsində “Çotari” Alban-udi kilsəsi (XVII əsr); Şəmkirdə Alman Lüteran kilsəsi (1909-cu il); Göygöl şəhərində Alman Lüteran kilsəsi (1854-cü il); Gəncədə Aleksandr Nevski adına rus pravoslav kilsəsi (1887-ci il); Gəncədə hazırda Kukla Teatrının yerləşdiyi Lüteran kilsəsinin binası (1885-ci il).
Sinaqoqlar: Bakıda Aşkenazi yəhudilərinin sinaqoqu; Qubanın Qırmızı Qəsəbəsində yeddi sinaqoq.
Siz dünyanın ən gözəl ölkələrindən biri olan Azərbaycana səyahət edərkən bu və bir çox digər dini abidələr və icmalarla tanış olacaqsınız.
Emil Eyyubov
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat sonra
-
-
4 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
5 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















