Mehriban Əliyeva: Mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram
![Mehriban Əliyeva: Mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram](/img/marja.jpeg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib.
“Əziz dostlar!
Bu günlər mən cənab Prezidentin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağım münasibətilə həm ölkəmin müxtəlif guşələrindən, həm də xaricdən çox sayda təbriklər alıram.
Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.
Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olmuşdur.
İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb və mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq.
Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır.
Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız vardır.
Əziz dostlar, mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram.
Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik.
Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir.
Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.
Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam.
Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma Vətənimizə isə sülh və inkişaf arzulayıram!”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub
-
11 saat əvvəl
Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
- 12 saat əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Putin Əliyevlə Astana sammitində danışıqlar aparacaq](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/39e3b499-a8de-4d48-859b-cc20cbffd249.jpeg)
Putin Əliyevlə Astana sammitində danışıqlar aparacaq
![Dolların sabaha olan rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2024/may/16/dollar_naxis.jpg)
Dolların sabaha olan rəsmi məzənnəsi müəyyən olunub
![ADY-nin sərnişin sayı ciddi şəkildə artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/mart/20/ady-qatar.jpg)
ADY-nin sərnişin sayı ciddi şəkildə artıb
![Azərbaycan BYD şirkəti ilə sənədlər imzaladı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/bydd.jpg)
Azərbaycan BYD şirkəti ilə sənədlər imzaladı
Ən çox oxunanlar
![Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi](/storage/thumbnail/thumbnail/cdn/2020/May/13/ilhamimza1.jpg)
Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
![Nazir taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/mecnun-memmedov-taxil-bicin.jpg)
Nazir taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb
![atb360 mobil əlavəsinə yeni funksiya artırıldı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/parkinq-atb.jpg)
atb360 mobil əlavəsinə yeni funksiya artırıldı
![Gömrük nəzarətindən gizlədilən müxtəlif növ məhsullar aşkarlanıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/gomrukden-gizledilenler.jpg)
Gömrük nəzarətindən gizlədilən müxtəlif növ məhsullar aşkarlanıb
![ABB AKA Bankla müqavilə imzaladı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/AKA.png)
ABB AKA Bankla müqavilə imzaladı
![Prezident səfir və baş konsulu vəzifəsindən geri çağırdı](/storage/thumbnail/thumbnail/cdn/2022/Fevral/22/aliyev-imza.jpg)