MİDA-nın vəsaiti ilə tikilən binaların podratçılarına ödənişin verilməsi şərtləri açıqlanıb

Nazirlər Kabineti “Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri”ni təsdiqləyib.
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin tikinti mərhələləri bunlardır:
1. relyefin təşkili planına uyğun olaraq, tikinti üçün ayrılmış ərazinin şaquli planlaşdırılması,
2. tikintinin təşkili layihəsinə uyğun olaraq, müvəqqəti bina və qurğuların tikintisi və obyektlər üzrə tikinti sahəsində torpaq işləri,
3. bünövrənin və yeraltı konstruksiyaların quraşdırılması,
4. bünövrənin və torpaqla təmasda olan yerlərin hidroizolyasiyası və torpağın əks doldurulması,
5. hər mərtəbə üzrə konstruktiv elementlərin quraşdırılması,
6. mərtəbələr üzrə xarici, daxili, arakəsmə və şaxta divarlarının hörülməsi, habelə suvanması,
7. mərtəbələr üzrə pəncərə, vitraj və qapıların qoyulması,
8. daxili mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması və sınağı (ayrı-ayrılıqda qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları),
9. dam örtüklərinin qurulması və fasadda tamamlama işləri,
10. mərtəbələr üzrə döşəmələrin qurulması,
11. liftlərin quraşdırılması və işə buraxılması,
12. mərtəbələr üzrə daxili tamamlama-bəzək işləri,
13. xarici mühəndis-kommunikasiya təminatı sisteminin çəkilməsi və sınağı,
14. abadlıq və yaşıllaşdırma işləri.
İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə tikinti mərhələlərinə uyğun ödəniş şərtləri (sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması işləri istisna olmaqla):
1. müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən müqavilə qiymətinin 30 faizi qədər vəsait avans olaraq podratçı təşkilata ödənilir,
2. yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvili və qəbulu üzrə F-2 formalı akt tərtib olunur və həmin akt əsasında xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında F-3 formalı arayış müvafiq qaydada rəsmiləşdirilir. F-3 formalı arayış xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsi üçün əsas sənəd sayılır,
3. görülmüş tikinti işləri üzrə təqvim ayında ən azı bir dəfə F-2 formalı akt və F-3 formalı arayış əsasında ödəniş həyata keçirilir,
4. işlər mərhələlər üzrə podrat müqaviləsinin şərtlərinə zidd olaraq keyfiyyətsiz yerinə yetirildikdə, nöqsanlar aradan qaldırılanadək yerinə yetirilmiş tikinti-quraşdırma işləri sifarişçi tərəfindən qəbul edilmir,
5. tikinti obyektinin istismarına icazə verildikdən sonra podrat müqaviləsinin şərtlərinə uyğun olaraq, təminat müddətinin sonunda müqavilə qiymətinin qalıq hissəsi ödənilir.
Tikinti obyektlərinin sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması üçün podratçılara müvafiq olaraq quraşdırma işlərinin ilkin mərhələsində ən çoxu 20 faiz avans ödənildikdən sonra tamamlanmış və təhvil verilmiş işlərə görə qalıq vəsait ödənilir.
Obyektin tikintisi müddətində Azərbaycanda inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı rəsmi məlumatlara əsasən kompensasiyanın ödənilməsi ilə əlaqədar olan məsələlərə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq podrat müqaviləsində əvvəlcədən nəzərdə tutulmuş şərtlər çərçivəsində baxılır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
