"Beynəlxalq Bank işi" üzrə həbs edilən şəxs azadlığa buraxıldı, iki nəfərin cəzası azaldıldı
Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən Mənsur Zeynalov, Fərhad Əmiraslanov, Rauf Əliyev və Seyfulla Seyfullayevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Zeynalovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya, Fərhad Əmiraslanovun cəzası 5 ildən 2 ilə, S.Seyfullayevin cəzası isə 5 ildən 3 ilə endirilib. Həmçinin S.Seyfullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, ona şərti cəza verilib və azadlığa buraxılıb.
Məhkəmədə elan olunub ki, R.Əliyev kassasiya şikayətini geri götürüb.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. Sabiq deputat Dünyamin Xəlilov və digərləri ümumilikdə 50 milyon manat vəsaiti mənimsəmədə təqsirli biliniblər.
Bu iş üzrə D.Xəlilovla yanaşı Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyev də ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il, M.Zeynalov, F.Əmiraslanov və S.Seyfullayevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunub. Ş.Musayev, R.Əsgərov və R.Əliyevin barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verilib.
D.Xəlilovun əmlakı "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödənilməsinə yönəldilib. Hökmdən narazı qalan D.Xəlilov və digərləri apellyasiya şikayəti verib. O, barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini və ona bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib. Digər təqsirləndirilən M.Zeynalovun cəzası 5 ildən 4 ilə endirilib. Daha sonra M. Zeynalov, F.Əmiraslanov, R.Əliyev və S.Seyfullayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
-
22 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 24 d. əvvəl
- 45 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
4 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























