SOCAR mühüm tenderi ərəblərə uduza bilər
Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti Avstriyanın "OMV AG" konserninin Türkiyədəki törəməsi olan "Petrol Ofisi A.Ş."-ni almağa ən real namizəddir.
Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən yazır.
Bildirilir ki, "Petrol Ofisi" üçün təklifini Avstriya konserninə göndərən "Saudi Aramco" qarşı tərəfdən müsbət cavab alacağını gözləyir.
OMV-nin rəsmisi də təklifləri aldıqlarını təsdiqləyib. 2015-ci ildə "Petrol Ofisi"nin satış gəlirlərinin 10 mlrd. avro səviyyəsində olduğunu bildirən konsernin sözçüsü əlavə şərhdən boyun qaçırıb.
"Saudi Aramco" rəsmisi isə spekulyasiyalara səbəb olmamaq üçün şərh vermək istəmədiyini qeyd edib.
"Reuters" agentliyinin başqa mənbədən əldə etdiyi məlumata görə, artıq SOCAR da OMV-yə öz təkliflərini göndərib.
Qeyd edək ki, OMV "Petrol Ofisi"nin satışının bu il tamamlanacağını bildirib. Agentlik SOCAR rəsmilərindən məsələyə dair şərh ala bilməyib.
Xatırladaq ki, bundan öncə "Petrol Ofisi"nin açıqlamasında satışla bağlı prosedurların plana uyğun şəkildə davam etdiyi vurğulanıb: "Prosedurun bu il tamamlanacağına qərar verilib. Artıq satışla bağlı keçirilən tenderdə iştirak edən şirkətlərin təklifləri alınıb".
Bundan öncə "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, SOCAR Avstriyanın OMV şirkətinin törəməsi olan "Petrol Ofisi"nin alışından imtina edə bilər. Bununla yanaşı, Z. Qəhrəmanov "Petrol Ofisi"nin SOCAR üçün ən uyğun variant olduğunu da dilə gətirib: "Təbii ki, dəyərləndirmələrimiz davam edir. "Petrol Ofisi"nin alışını baş tutmazsa, şirkətin "B" və "C" planı da var. Başqa şirkətlərin satın alınması və sıfırdan bir şirkətin qurulması baş tuta bilər".
Onu da qeyd edək ki, "Petrol Ofisi"ni almaqda iddialı olan şirkətlərin sayı azalıb. Belə ki, OPET və BP şirkətləri "Petrol Ofisi"nin alışına dair keçirilən tenderdə iştirakını dayandırıb.
Hazırda 4 şirkət tenderdə iştirakını davam etdirir ki, bunlar da "Saudi Aramco", "Petromim-C", "Vitol" və SOCAR-dır.
"Bloomberg" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, yuxarıda adları çəkilən şirkətlər arasında "Petrol Ofisi"nin yeni sahib olmağa ən çox şansı olan "Saudi Aramco"dur. Bildirilir ki, ərəb şirkəti OMV-yə 1,6 mlrd. avro təklif edib.
Bundan öncə xəbər verdiyimiz kimi, "Saudi Aramco" danışıqlar prosesinə HSBC bankını cəlb edib.
Xatırladaq ki, OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) bildirib ki, onun rəhbərlik etdiyi şirkətə "Petrol Ofisi"ni almaq istəyən şirkətlərdən təkliflər daxil olub: "Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. "Petrol Ofisi"nin satışına dair ilk təklifləri almışıq".
SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.
"Petrol Ofisi"nin Türkiyə ərazisində 2000-ə yaxın YDM-i var. Son statistikaya əsasən, şirkət bazarın 22,7%-nə nəzarət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 12 d. əvvəl
-
22 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
-
- 23 d. əvvəl
-
24 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
43 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
Ən çox oxunanlar
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
























