OPEC Konfransının prezidenti: "Razılığa gəlinəcəyinə dair optimistəm”
Neftin qiymətindən savayı bazardakı tarazlıq təmin olunmalıdır.
Xarici KİV-lər xəbər verir ki, bu sözləri OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.
“Cari il çox məhsuldar və müvəffəqiyyətli bir il oldu. Bütün üzv ölkələrin 2019-cu ildə də eyni uğuru əldə etmək üçün ciddi arzusunun olduğunu düşünürəm. Neft bazarı çox həssasdır. Qiymətdən savayı bazardakı tarazlığın təmin edilərək son 5 il orta göstəricisinə çatdırılmasına nail olunması üçün bir yol tapılmalıdır”, - deyə o əlavə edib.
OPEC Konfransının prezidenti gündəlik neft istehsalının 1 milyon barrel azaldılacağı ilə bağlı suala cavabında isə deyib: “Bu rəqəmlərin haradan çıxdığını bilmirəm. Ancaq bu gün burada razılıq əldə üçün toplanmışıq. Razılığa gəlinəcəyinə dair optimistəm”.
“OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılaşmada hər bir üzv dövlətin öz rolu var. Rusiya da OPEC və qeyri-OPEC ölkələrinin imzaladığı bəyannamənin mühüm iştirakçılarından biridir. Rusiya ilə əməkdaşlığımızın davam edəcəyini düşünürəm”, - deyə Suhail Mohamed Al Mazrouei bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
16 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
33 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 50 d. əvvəl
-
56 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























