2018 başa çatır, kreditlərdə ciddi canlanma müşahidə olunmur
2018-ci il başa çatır. Bu il ərzində İpoteka və Zəmanət Fondunun, Azərbaycan Kredit Bürosunun fəaliyyətə başlamasına, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin istifadəyə verilməsinə baxmayaraq kreditlərdə ciddi canlanma müşahidə olunmur.
“Marja” Mərkəzi Bankın statistikasına istindən xəbər verir ki, 2018-ci ilin 10 ayı ərzində cəmi kredit qoyuluşları 524 milyon manat artıb.Ötən ilin sonunda 11 milyard 758 milyon manat olmuş cəmi kredit qoyuluşları Oktyabr ayının sonunda 12 milyard 281 milyon manata yüksəlib.
Sentyabr ayı ilə müqayisədə Oktyabr ayında isə kredit qoyuluşları 21 milyon manat azalıb.
2018-ci ilin 10 ayı ərzində cəmi kredit qoyuluşlarının 524 milyon manat artmasına ən böyük töhfəni istehlak kreditləri verib. Yanvar-Oktyabr dövründə ev təsərrüfatlarına verilmiş kreditlər 500 milyon manat artaraq ötən ilin sonundakı 4 milyard 606 milyon manatdan 5 milyard 106 milyon manata qalxıb.
Cari ilin 10 ayı ərzində:
-Ticarət və xidmət sektoruna verilən kreditlər 3 milyon manat azalaraq 2 milyard 66 milyon manata düşüb;
-Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 40 milyon manat azalaraq 275,5 milyon manata düşüb;
-Kənd təsərrüfatı və emala verilən kreditlər 39 milyon manat artaraq 468 milyon manata çatıb;
-İnşaat və əmlak sektoruna verilən kreditlər 171 milyon manat azalaraq 375 milyon manata düşüb;
-Sənaye və istehsal sektoruna verilən kreditlər 66 milyon manat artaraq 687 milyon manata çatıb;
-Nəqliyyat və rabitə yə verilən kreditlər 162 milyon manat artaraq 1 milyard 288 milyon manata qalxıb;
-Digər sektorlara verilmiş kreditlər 35 milyon manat artaraq 182 milyon manata yüksəlib.
-Akkreditivlər üzrə 135 milyon manat azalaraq 50 milyon manata düşüb;
-Faktorinq əməliyyatları 10 milyon manat artaraq 20 milyon manata çatıb;
-Overdraftlar 32 milyon manat artaraq 52 milyon manata qalxıb;
-Maliyyə sektoruna kredit qoyuluşu 76 milyon manat azalaraq 276 milyon manata yüksəlib.
Göründüyü kimi ən çox azalma inşaat və əmlak sektoruna verilmiş kreditlərdə, ən çox artım isə nəqliyyat və rabitəyə verilən kreditlərdə baş verib. Ümumiyyətlə, real sektora verilən cəmi kreditlərdə böyük artım yoxdur. Cəmi kredit qoyuluşlarımnda artım əhaliyə verilən kreditlərin artması hesabına yaranıb.
Kredit qoyuluşlarının sahələr üzrə strukturu (dövrün sonuna), milyon manatla.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























