Vətəndaşlara əvvəlcədən məlumat göndəriləcək
DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində əyani müraciət edənlərlə yanaşı, əhaliyə proaktiv xidmətlər də göstəriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, mərkəzlərdə elektron sistemlər üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətinə, yaxud sosial təminat növünə (pensiya, müavinət, sosial yardım, əlillik və s.) hüququnun yarandığı müəyyən olunduğu təqdirdə bu barədə onlara əvvəlcədən müvafiq məlumat veriləcək. Məlumat onların elektron ünvanına və ya telefonuna sms-lə göndəriləcək. Yəni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacağı barədə məlumat alacaq. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilmiş vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Qeyd edək ki, “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması məqsədilə yaradılır. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 23 d. əvvəl
-
-
54 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























.jpg)


