Pensiyalarla bağlı mühüm yenilik – TƏLƏBLƏR DƏYİŞİR
Yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum staj tələbinin dəyişdirilməsi ilə bağlı qanunvericiliyə təklif olunan təklifin detalları məlum olub.
Bunu iqtisadçı ekspert Rovshan Agayev bildirib.
"Hazırkı qayda belədir: tələb olunan pensiya yaşına çatan şəxslər (hazırda kişilər üçün 63, qadınlar üçün 60) üçün 2 tələbdən biri ödənməlidir:
1) ya ən azı 25 il sığorta stajı olmalı;
2) ya da pensiyaya çıxmaq üçün müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının həcmi minimum pensiya almağa imkan verməlidir. Hazırda minimum pensiya 110 manatdır. Bu məbləğin yaranması üçün, şəxsin pensiya kapitalının həcmi hazırkı dövrə 15840 manat olmalı idi.
Hazırkı reallıqda minlərlə insanın bu tələbi ödəyə bilmədiyindən pensiyasız qalmaq riski böyük idi.
Yeni dəyişiklik belədir: Pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə barabər götürələcək. Pensiya kapitalı isə əvvəlki əmsal-məbləğ əsasında hesablanacaq. Yəni 2006-cı ilin yanvarın 1-dək olan staj illərinin sayı 306 manata vurulacaq və bu şəxsə 7650 manat pensiya kapitalı qazandıracaq.
2005-ci ildən sonrakı dövr üçün isə pensiya kapitalının ümumi həcmi belə hesablanır:
1) 2006 yanvar-2017 iyun tarixində toplanmış sığorta kapitalı 80% arıtırılır, ümumi məbləğ 144-ə bölünür;
2) 2017-ci iyul-2018 dekabradək toplanmış sığorta kapitalının 90%-i götürülür və alınan rəqəm yenə 144-ə bölünür.
3) 2005-ci ilin sonunadək müəyyən edilən 7650 manat da nəzərə alınmaqla 2006-2018-ci illərdə toplanan kapitalın həcmi 144-ə bölünür və pensiyanın həcmi tapılır.
Bir sözlə 25 illik staj tələbi həll edildi, amma vacibdir ki, 2018-cil ilin iyul ayınadək fərdi hesabda qeydə alınmış pensiya kapitalı olsun.
Yeri gəlmişkən bu qayda 2019-2020-ci ilərdə yaşa görə pensyaya çıxanlara aiddir. 2021-cii ildən başlayaraq isə 25 illik güzəşt hər il 1 il azaldılacaq. Məsələnə, 2025 ci ildə artıq 2006-cı ilə qədər sığorta stajı 25 il yox, 20 il götürüləcək. Yerə qalan 5 ilin isə 2006-cı ildən sonrakı dövrdə qazanılması vacubdir.
Sığorta stajı məsələsi demək olar həllini tapdı. Qaldı pensiya yaşı İndiki orta ömür uzunlğü ilə müqayisədə 65 yaş kişilər üçün yüksəkdir. Ən azından 2030-cu ilə qədər 63 ya. səviyyəsind saxlanması məqbuldur. Bir sə müəyyən peşə xəstəliyi tutmaq riski yüksək olan sahələr var ki, onların da erkən pensiyayay çıxmaq hüququ tanınmalıdır. Bu xüsusən müəllimlərə aiddir. Məsələn, minimum 35 il staj toplayan müəllimləri, özləri istədikdə pensiyaya çıxarmaq mümkündür. Amma burda vacub məsələlərdən biri odur ki, müəllimlərin pensiyası onların aylıq maaşına fazilə bağlansın və həbçilərdə, deputatlarda, məmurlarda olduğu kimi maaşların 70-80%-dən az olmasın. Bir Türkiyədə olduğu kimi onlara hesablanmış pensiyanın 1 illiyi həcmində birdəfəlik müavinət verilsin".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
- 22 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
14 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
14 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
14 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
15 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
15 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
15 saat əvvəl
Biletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
Son Xəbərlər
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır


























.jpg)





