Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

100 milyon dollarlıq daşınmaz əmlak dələduzluğu

iç səhifə xəbər başlığı altı (mobil)_31
100 milyon dollarlıq daşınmaz əmlak dələduzluğu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) bu günə qədər ölkədə görülən ən böyük daşınmaz əmlak investisiya dələduzluğu hadisəsi ilə bağlı hərəkətə keçib.

 
"Marja" xəbər verir ki, Federal Ticarət Komissiyası (FTC) Vaşinqtonda keçirilən mətbuat konfransında, bir şirkətin, Mərkəzi Amerikada yerləşən Belize-də guya həyata keçiriləcək lüks yaşayış və istirahət mərkəzi layihəsi ilə mindən çox amerikalı investoru aldatdığını və 100 milyon dollarını mənimsədiyini açıqlayıb.
 

Amerikadakı Merilend Bölgə Məhkəməsində açılan cinayət işinə FTC-nin təqdim etdiyi sənədlərə görə, şirkət, Belize-də aralarında xəstəxana, otellər, qolf meydançaları, spa, qumarxana, mağazalar, kafelər və restoranların da olacağı lüks yaşayış və istirahət mərkəzi tikəcəklərini iddia edərək investorlardan pul toplayıb.
 

Komissiya, saxta layihədəki evlərin investorlara 150 min ilə 500 min dollar arasında satıldığını bildirib.
 

FTC-yə görə 10 ildən artıq bir müddət öncə başlayan layihə hələ də başa çatdırılmayıb. Manhattan böyüklüyündəki tikinti sahəsində cəmi 12 villanın inşası tamamlanıb. 
 

"Wall Street Journal" qəzetinin xəbərinə görə, aradan keçən 10 il sonra investorlar narahat olmağa başlayıblar.

27.11.2018 05:38
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18