"İnanırıq ki, Palata mikromaliyyə üçün tədbirlərini sürətləndirəcəkdir"
"Cari ilin sentyabr ayının sonuna olan statistikaya əsasən mikromaliyyə xidmətini göstərən kredit təşkilatları 178 min 928–dən çox müştəriyə xidmət göstərməklə 273 milyon dollar həcmində portfelə malikdir".
“Marja”nın məlumatına görə, bunu 9-cu Mikromaliyyə konfransının açılışında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin Sədri Süleyman Kələşov bildirib.
Assosiasiyanın sədri Kələşov çıxışında deyib: “Mikromaliyyələşməyə dəstək verilməsi dövlətimiz üçün prioritet olan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasıyasının təmin edilməsində böyük rolu olan kiçik və orta sahibkarların sonrakı inkişafı üçün çox önəmlidir. Regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlığın, mikro biznesin, ailə təsərrüfatlarının maliyyə resurslarına tələbatının ödənilməsində BOKT-lar xüsusi yer tutur. Fikrimizcə, həm Dövlətin dəstəyi, həm də investorların maliyyə və texniki dəstək layihələri kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində böyük rolu olan Bank olmayan Kredit təşkilatlarının davamlı və dinamik inkişafına yardımçı olacaqdır".
İnanırıq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın regionlarında dayanıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi layihə”si maliyyə savadlılığı olan yeni nəsil sahibkarların yetişməsinə öz töhvəsini verəcəkdir. Maliyyə savadlılığı olan sahibkarların yetişdirilməsi də öz növbəsində həm maliyyə institutlarının uzun müddətli inkişafına, həm də kiçik və orta biznesin gələcəkdə daha təkmil böyük bizneslərə çevrilməsinə təkan verəcəkdir.”
Assosiasiyanın icraçı direktoru xanım Jalə Hacıyeva da çıxış edərək bildirdi: "AMFA olaraq inanırıq ki, Maliyyə Bazarların Nəzarət Palatası maliyyə inklüzivliyinə xidmət edən maliyyə institutları üçün əlverişli tənzimləmə və dinamik nəzarət çərçivəsinin yaradılması ilə yanaşı, Mikromaliyyə institutlarının da ödəniş sistemlərinə inteqrasiyası istiqamətində planlaşdırılmış tədbirlərin həyata keçirilməsini sürətləndirəcəkdir. Bu, xüsusilə regionlarda və kənd yerlərində maliyyə xidmətləri ilə təminatın yaxşılaşdırılması, müştərilərə hərtərəfli və keyfiyyətli maliyyə xidmətlərinin göstərilməsi, regional iqtisadi inkişafa və məşğulluğa dəstək verilməsini hədəfləyən bir tədbir kimi Maliyyə Xidmətlərl üzrə Strateji Yol Xəritəsinin icrasından gözlənilən nəticələrdən biridir.
Konfransda “Mikromaliyyə: Böhrandan Öyrənilmiş Dərslər və Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı? Dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi”, “Tənzimləyici qurumlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər?”, “Bank və Qeyri Bank Sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma”, “Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar”, “Azərbaycanda kənd təsərrüfatının maliyyələşməsi: İmkanlar və Perspektivlər” və “Mikromaliyyə Təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri”nə həsr edilmiş sessiyalarda müzakirələr aparılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
13 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
13 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















