"Məcəllədə edilən dəyişikliklər əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə də yol açacaq"
Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
"Marja" Milli Məclisin Mətbuat xidmətinə istinadən xəbər veri ki, Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verdikdən sonra Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri şərh edib. O, bildirib ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin genişləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin stabil artımını təmin edəcək.
İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışdı. Qeyd edildi ki, dəyişikliklər beş əsas istiqaməti əhatə edir. Yeniliklər əsasən sahibkarlığın inkişafının dəstəklənməsini, “kölgə” iqtisadiyyatının azaldılmasını, olkədə iqtisadiyyatın şəffaflaşdırılmasını, vergitutma bazasının genişləndirilməsini, vergi güzəştlərinin tətbiqi ilə iqtisadi sənayenin yüksəldilməsini və vergi inzibatçılığının təkmilləşdirilməsini özündə ehtiva edir. Nazir görülən işlərin əhalinin sosial müdafiəsinə, pensiya təminatının və pensiya sisteminin maliyyə dayanıqlığının gücləndirilməsinə yönəldiyini diqqətə çatdırdı. Bildirildi ki, Məcəllədə edilən dəyişikliklər əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə də yol açacaq.
Mikayıl Cabbarov onu da qeyd etdi ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Bu, vergi orqanlarının bu sahədə səlahiyyətlərinin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq.
Bildirilib ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Sadələşdirilmiş vergi ödəyicilərinin sayı 2013-cü ildən bu günə qədər 1,5 dəfə artıb və onların vergi ödəyicilərinin aktiv sayında payı 56 faizə yaxındır. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib. Məcəllədə edilən dəyişikliklərdə, pərakəndə ticarət və nəğdsiz ödənişlər üzrə post terminallar vasitəsilə müddətli vergi güzəştlərinin verilməsi, lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan, zərgərlik məhsullarının, topdansatış ticarət fəaliyyəti həyata keçirən digər şəxslərin gəlir və xərclərinin uçotunun aparılması hallarının da əksini tapdığı vurğulandı.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Cavid Qurbanov, Əli Məsimli, Xanhüseyn Kazımlı Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə fikir və təkliflərini bildiriblər.
Sonra “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanun layihələrində edilən dəyişikliklər nəzərdən keçirilib. Sənədlərlə əlaqədar məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki islahatlardan danışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 36 d. əvvəl
- 37 d. əvvəl
-
-
45 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























