Hansı mənzili almaq daha sərfəlidir:Təmirli, yoxsa təmirsiz?–YENİ TENDENSİYA
(®) Azərbaycanda yeni tikilən binalarda mənzillərin böyük hissəsi təmirsiz olaraq (padmayak) müştərilərə təhvil verilir. Müştərilər isə mənzili aldıqdan sonra bir qədər də vəsait xərcləyib mənzili təmir edirlər. Amma görünən odur ki, bu heç də sərfəli üsul deyil.
Avropa ölkələri və Türkiyədə mənzillər tam təmirli şəkildə satışa çıxarılır
Dünya təcrübəsində Azərbaycanda olduğu kimi “padmayak” evlər demək olar ki, satılmır. Avropa ölkələrində, o cümlədən Türkiyədə evlər təmirli şəkildə təklif edilir. İstisna hallarda təmir olmasa da, “qara işlər” yekunlaşandan sonra mənzil dekorasiyaya hazır şəkildə müştəriyə təhvil verilir. Əmlak bazarı üzrə ekspertlər hesab edirlər ki, xarici ölkələrdə müştərilər evi təmirsiz alıb sonra təmir etməyin sərfəli olmadığını bilirlər. Belə ki, təmirsiz evin sonrada təmiri ikiqat xərc yaradır. Bu isə mənzilin bazar dəyərindən yüksək olur. Başqa sözlə, təmirə qoyulan pul birmənalı olaraq batır. Bu eynilə Azərbaycanda da belədir.
“İstənilən halda təmirli mənzil almaq daha sərfəlidir”
Daşınmaz əmlak bazarı üzrə ekspert Asif Yusubov bildirir ki, hazırda Azərbaycanda təmirli mənzil satışı 15%-i keçmir. Bunun bir neçə səbəbi var. Birincisi vətəndaşlar evi alıb özləri təmir etməyə üstünlük verirlər. Digər tərəfdən bu tikinti şirkətləri üçün sərfəli deyil. Çünki təmirli mənzillərdən əldə edilən gəlir nisbətən daha az olur.
Bununla belə, son bir neçə ildə yeni tendensiya müşahidə olunur. Tikinti şirkətləri ayrıca bir təklif olaraq təmirli mənzil satışını da reklam etməyə başlayıb. Yəni, müştərinin istəyinə bağlı olaraq mənzili təmirli olaraq təhvil verirlər. Bu təmirə evdəki bütün qara təmir işləri, yüngül dekorasiya, parket, divar kağızı və tavan daxildir. Ekspert hesab edir ki, istənilən halda təmirli mənzil almaq vətəndaşa daha sərfəlidir. Amma mənzil almaq istəyərkən mütləq təmirin kefiyyətinə də diqqət yetirilməlidir.
Tam təmirli mənzillər satışa çıxaran ilk şirkət “Kristal Abşeron”dur
Azərbaycanda kütləvi tam təmirli mənzillər satışa çıxaran ilk şirkət “Kristal Abşeron”dur. Tikinti şirkəti hazırda bazar üzrə ən çox təmirli mənzil təklif edən şirkətdir. Şirkətdən bildirilib ki, bütün layihələr (2 layihə xaric) tam təmirli şəkildə təhvil verilir. Mənzillər vətəndaşların istəyinə uyğun şəkildə təmir edilir.
“Kristal Abşeron” təmirdə müştərilərin arzusunu reallaşdırır
Aydın məsələdir ki, bəzi şirkətlər təmirli mənzil təklif etsələr də, bu xərclərin daha az olmasına çalışırlar. Müştəriyə göstərilən ögey münasibət isə təbii ki, onu qane edə bilməz. “Kristal Abşeron” isə tam təmirli mənzil təklif edən ilk şirkət olmaqla yanaşı, kefiyyətdə də rəqiblərini üstələyir. Şirkətin əsas fokuslandığı istiqamət kefiyyətli iş və müştəri məmnuniyyətidir. Təqdim edilən layihələr sözün həqiqi mənasında kefiyyət nümunəsidir. Bu sadəcə söz deyil, həm də ortaya qoyulan işdir. “Kristal Abşeron” binanın bünövrəsindən mənzilin hər bir detalına kimi kefiyyətə xüsusi diqqətlə yanaşır. Layihələr beynəlxalq tikinti standartlarına uyğun şəkildə icra edilir. Tikintidə və təmirdə Avropa ölkələrinə aid ən kefiyyətli tikinti materiallarından istifadə edilir. Müasir görünüşlü fasada sahib olan binalar daş yunu ilə izolyasiya edilir. O cümlədən, mənzillərin təmir edilməsində istifadə edilən materiallar Avropa ölkələrinə aid brend material və aksessuarlardır və çeşid zənginliyi ilə seçilir. Məsələn, Mənzillərin daxili qapıları Belarusiya istehsalıdır. Divar kağızları İtaliyanın Limonta firmasına, duş kabinlər Almaniyanın Hüppe, hamam aksesuarı dəsti bu sahədə Türkiyənin ən tanınmış markası olan E.C.A.firmasına aiddir. İstilik radiatorları İtaliya brendi olan İmmergas markasındandır. Parket döşəmələri İsveçin Kahrs şirkətinə məxsusdur. Hamam və koridorların təmirində isə İspaniyanın ən məşhur kafel-metlax zavodlarından olan STN firmasının məhsullarından istifadə olunur. Ümumilikdə, material çeşidlərinin zənginliyi müştərilərə zövqə uyğun təmir formasını seçməyə imkan verir.
Mənzilin sənədini dərhal təqdim edilir
Və ən əsası, vətəndaş mənzil alarkən sənədləşmədə hər hansı bir problemlə üzləşmir. “Kristal Abşeron” mənzillərin sənədləmə prosesinə xüsusi diqqətlə yanaşır. Belə ki, mənzillər müştəriyə təhvil-təslim aktı ilə təqdim edilir və ev sahibi dərhal “kupça”nı (çıxarış) əldə edə bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
3 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
4 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























