Özəlləşdirmə: “Lənkəran Mebel” hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 4 dekabr tarixində keçiriləcək. Ayın ilk hərracında vətəndaşlar 122 dövlət əmlakı üzrə seçim edə biləcək. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.
Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, təsərrüfat sahələri, poliklinika və digər əmlaklar aiddir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m aralığındadır. Kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Əmlak kompleksidir. Obyektin ümumi faydalı sahəsi 838.3 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 2853.4 kv.m-dir. İnvestora yüksək gəlir qazandıra biləcək əmlaklar kimi Qusar Tədarük Satış Bazasını, Şəmkir yun tədarükü məntəqəsini, paytaxtın Xəzər rayonunda yerləşən yardımçı təsərrüfatı, 4 saylı kafeni də göstərmək olar.
Kiçik biznes fəaliyyətində əlverişli xidmət və ofis obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612,1 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 5-i Sumqayıtda, digərləri isə paytaxtın ayrı-ayrı rayonlarında yerləşir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49.2 kv.m-dir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında kəndkimya, nəqliyyat, təmir, istehsal və digər iqtisadi sahələrdən olan müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ucar Tikinti Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digərləri aiddir. İnvestorlar hərracda iştirak edərək bu səhmdar cəmiyyətlərinin dövlətə məxsus 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.
Özəlləşdiriləcək nəqliyyat vasitələrinin markaları və istehsal tarixləri müxtəlifdir. Vaz, Nissan, BMW, Mercedes kimi şirkətlərin istehsal etdiyi avtomobillərin buraxılış tarixi 1985-2006 illəri əhatə edir. Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və sifariş vermək üçün hər kəs komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu elektron mənbələrdə hərraca çıxarılan hər bir obyektin adı, ünvanı, ümumi faydalı sahəsi, eləcə də digər əmlaklar barədə lazımi informasiya mövcuddur.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 2 saat əvvəl
-
3 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
3 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
4 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























